Tenqri
Ana Səhifə
Dünya

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Fransanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən əsas şirkətlərindən biri olan “Safran” Montluson şəhərində yerləşən zavoduna 120 milyon avro həcmində investisiya yatırdığını açıqlayıb. Şirkətin bu investisiya ilə AASM (modul hava-yer silahı) tipli yüksək dəqiqliklə idarəolunan bombaların ist

0 baxışazertag.az
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
Paylaş:

Fransanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən əsas şirkətlərindən biri olan “Safran” Montluson şəhərində yerləşən zavoduna 120 milyon avro həcmində investisiya yatırdığını açıqlayıb. Şirkətin bu investisiya ilə AASM (modul hava-yer silahı) tipli yüksək dəqiqliklə idarəolunan bombaların istehsalını 2026-cı ildə 1400 ədədə çatdırması gözlənilir. Bu göstərici 2022-ci illə müqayisədə istehsalın 6 dəfədən çox artması deməkdir AZƏRTAC xəbər verir ki, “Safran”ın baş direktoru Olivye Andries “La Tribune Dimanche” qəzetinə müsahibəsində bildirib ki, bu zavodda müdafiə sektoruna aid yüksək texnologiyalı avadanlıqlar istehsal olunur. Onların arasında AASM xüsusi yer tutur. Bu, bombanın üzərinə quraşdırılan idarəetmə komplektindən və hərəkətverici mühərrikdən ibarət yüksəkdəqiqlikli silahdır. Eyni müəssisədə, həmçinin “GRH” (yarımkürəvi rezonans giroskopları) istehsal edilir. Bu naviqasiya komponentləri peyk və GPS siqnallarından asılı olmadan, hətta radioelektron müdaxilənin güclü olduğu mühitlərdə belə, yüksəkdəqiqlikli yönləndirmə təmin edir AASM sistemindən Fransa istehsalı olan “Dassault Rafale” və “Mirage 2000” döyüş təyyarələrində istifadə olunur. Eyni zamanda, MiQ-29 və Su tipli təyyarələrə də inteqrasiya edilib Bildirilib ki, GRH naviqasiya sistemlərinin istehsalı da əhəmiyyətli dərəcədə artırılacaq. İllik istehsalın 30 minə çatdırılması planlaşdırılır ki, bu da 2032-ci ilə qədər üçqat artım deməkdir 2024–2030-cu illəri əhatə edən hərbi proqramlaşdırma qanununa əsasən, Fransa hava və kosmik qüvvələrində AASM silahlarının sayının 240 faiz artırılması nəzərdə tutulur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler