Tenqri
Ana Səhifə
Dünya

Əfqanıstanda qadınlar aksiya keçirib, müdaxilə zamanı iki nəfər ölüb

Əfqanıstanın Herat şəhərində hicab qaydalarını pozmaqda ittiham edilən qadınların saxlanılmasından sonra başlayan etiraz aksiyasının dağıdılması zamanı iki nəfər həlak olub 525.az xəbər verir ki bu barədə “The Guardian” nəşri məlumat yayıb Şahidlərin və hüquq müdafiəçilərinin sözlərinə görə, etira

0 baxış525.az
Əfqanıstanda qadınlar aksiya keçirib, müdaxilə zamanı iki nəfər ölüb
Paylaş:

Əfqanıstanın Herat şəhərində hicab qaydalarını pozmaqda ittiham edilən qadınların saxlanılmasından sonra başlayan etiraz aksiyasının dağıdılması zamanı iki nəfər həlak olub 525.az xəbər verir ki bu barədə “The Guardian” nəşri məlumat yayıb Şahidlərin və hüquq müdafiəçilərinin sözlərinə görə, etirazçılar Taliban hakimiyyətinin hərəkətlərinə qarşı çıxaraq qadınlar üçün təhsil, iş və azadlıq tələb ediblər Aksiyada onlarla insan iştirak edib. Onlar əsassız və özbaşına saxlanılmaların dayandırılmasını tələb ediblər. Şahidlərin sözlərinə görə, “Taliban” hərəkatının silahlı qüvvələri etirazçılara atəş açıblar, daha sonra isə aksiyanı dağıtmaq üçün xüsusi bölmələr cəlb edilib Yerli mənbələrin məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub, onların arasında bir uşaq da var. Daha üç nəfər yaralanıb, ən azı 13 nəfər isə döyülərək saxlanılıb BMT-nin Əfqanıstanda insan hüquqları üzrə xüsusi məruzəçisi Riçard Bennet həddindən artıq gücün tətbiq olunduğunu bildirib və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb “Taliban” nümayəndələri saxlanılanlarla bağlı xəbərləri rədd edərək, onları əsassız adlandırıblar. Hərəkatın açıqlamasına görə, söhbət İslam geyim qaydalarının izah olunmasından gedib

Kaynak: 525.az

Diğer Haberler