Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub
Əfqanıstanda ilin əvvəlindən bəri baş verən mövsümi daşqınlar və təbii fəlakətlər nəticəsində 301 nəfər həlak olub, 385 nəfər yaralanıb AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təbii fəlakətlər nəticəsi

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən mövsümi daşqınlar və təbii fəlakətlər nəticəsində 301 nəfər həlak olub, 385 nəfər yaralanıb AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təbii fəlakətlər nəticəsində 2 minə yaxın ev tamamilə dağılıb, 7 mindən çox evə isə qismən ziyan dəyib. Həmçinin 580 kilometrə yaxın yol yararsız hala düşüb, 30 min akrdan çox əkin sahəsi su altında qalıb və ya məhv olub Məlumata görə, ölkə üzrə ümumilikdə 18 min 812 ailə təbii fəlakətlərdən zərər çəkib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


