Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO
Son illərdə ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna böyük maraq göstərir Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti deyib O bildirib ki, həm enerji, həm texnologiyalar, həm də kritik minerallar sahəsində ABŞ-nin Mərkəz Asiyaya və Qafqaza marağ

Son illərdə ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna böyük maraq göstərir Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti deyib O bildirib ki, həm enerji, həm texnologiyalar, həm də kritik minerallar sahəsində ABŞ-nin Mərkəz Asiyaya və Qafqaza marağı artır “Bu çərçivədə həm də regionun ABŞ ilə əməkdaşlığının şaxələndiyini görürük. Mən xüsusilə keçən ilin avqust ayında Prezident Trampın qonaqpərvərliyi ilə burada baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşünü və onun C5 formatında Mərkəzi Asiya ölkələri rəhbərlərini Vaşinqtonda qəbul etməsini qeyd etmək istərdim. Bunlar onu göstərir ki, Amerikanın regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir. Eyni zamanda, Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfərini xüsusi vurğulamaq lazımdır. Biz Amerika ictimaiyyətinə göstərmiş olduq ki, bu regiondakı bir çox layihələrin, investisiyaların həyata keçməsi üçün Azərbaycanın Orta Dəhlizdə oynadığı rol çox vacibdir və inanırıq ki, yaxın illər ərzində də bu maraq davam edəcək”, - deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


