Tenqri
Ana Səhifə
Siyasət

Böyük Qayıdış üçün yeni qanunvericilik bazası formalaşır

Azərbaycanda Böyük Qayıdış üçün yeni qanunvericilik bazası formalaşdırılır Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitənin sədri Zahid Oruc deyib “Müstəqilliy

0 baxışday.az
Böyük Qayıdış üçün yeni qanunvericilik bazası formalaşır
Paylaş:

Azərbaycanda Böyük Qayıdış üçün yeni qanunvericilik bazası formalaşdırılır Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitənin sədri Zahid Oruc deyib “Müstəqilliyin 35 ili ərzində Milli Məclisin qaçqın və köçkünlərlə bağlı qəbul etdiyi aktlar tarixə çevrilir, yeni Böyük Qayıdış qanunları yazılır.Parlamentin həyatında müstəsna yer tutan hazırkı akt gələcəkdə xalqımızın və dövlətimizin tarixində şanlı səhifə olacaq. işğal və köçürmə başa çatıb, zəfərli yüzillik başlayıb” O qeyd edib ki, Mənzil Məcəlləsinə edilən dəyişiklik sayəsində yaradılan “İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu”na daxil olan yaşayış sahələri vətəndaşlara icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək “Qaçqınların və məcburi miqrantların statusu haqqında” qanuna edilən dəyişiklik hüquqi cəhətdən aydın şəkildə müəyyən edir ki, şəxs işğaldan azad edilmiş ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya belə imkandan imtina etdikdə statusunu itirir “Məcburi miqrantların sosial müdafiəsi haqqında” qanuna edilən dəyişiklikdə sosial müdafiə tədbirlərinin üç ildir davam etdiyi aydınlaşdırılır. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlayacaq. Keçid müddəaları da vacibdir. Qanun qüvvəyə minməzdən əvvəl yeni ərazilərdə artıq mənzil almış məcburi miqrantlar da təklif olunan qanuni güzəştlərdən yararlana biləcəklər. Qanun doğma torpağın yaddaşını, sosial müdafiəsini, iqtisadi inkişafı və milli dirçəlişi vahid hüquqi bazada birləşdirir Komitə sədri qeyd edib ki, otuz ildir dünyanın müxtəlif tribunallarında “qaçqın”, “məcburi köçkün”, “sürgün” kimi təmsil olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi status alırlar. Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin, gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler