Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır
Avropa İttifaqı (Aİ) yaxın günlərdə Ukrayna və Moldova ilə ilk danışıqlar klasterini açacaq, bu da onların Aİ-yə üzvlük prosesinin növbəti mərhələsinə keçidini ifadə edəcək "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Rusiyaya qarş

Avropa İttifaqı (Aİ) yaxın günlərdə Ukrayna və Moldova ilə ilk danışıqlar klasterini açacaq, bu da onların Aİ-yə üzvlük prosesinin növbəti mərhələsinə keçidini ifadə edəcək "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edərkən bildirib "Yaxın günlərdə biz Ukrayna və Moldova ilə ilk klasteri açacağıq. Bu, faktiki olaraq qoşulma prosesinin növbəti mərhələsinə - danışıqların rəsmi başlanmasına qapı açır", - o bildirib Fon der Lyayen qeyd edib ki, Ukrayna davam edən müharibəyə və üzləşdiyi çətinliklərə baxmayaraq, Aİ-nin tələblərini yerinə yetirməyə davam edir "Ukrayna şəhərlərinin hücumlara məruz qalmasına baxmayaraq, islahat ardınca islahat həyata keçirir. Ukrayna işin öz üzərinə düşən hissəsini yerinə yetirib", - Avropa Komissiyasının rəhbəri bildirib Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-yə üzvlük yolunda Ukraynaya dəstəyini davam etdirməyə hazırdır "İndi bizim də öz üzərimizə düşəni yerinə yetirməyimizin vaxtı çatıb. Bunu etmək üçün tarixi imkanımız var", - fon der Lyayen bildirib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


