Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib
AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində növbəti elmi seminar keçirilib Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Seminarda filologiya elmləri doktoru, professor Ramil Əliyev “Kitabi-Dədə Qorqud” boylarının mifoloji xülasələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə “Kitabi

AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində növbəti elmi seminar keçirilib Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Seminarda filologiya elmləri doktoru, professor Ramil Əliyev “Kitabi-Dədə Qorqud” boylarının mifoloji xülasələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə “Kitabi-Dədə Qorqud” dastanının boylarının Dədə Qorqud tərəfindən düzülüb qoşulmuş ilk yazılı mətnlər olduğu qeyd edilib, bu boyların daha qədim mətn qatlarının dekonstruksiyası nəticəsində formalaşdığı vurğulanıb. Bildirilib ki, boyların alt qatında qorunub qalmış arxaik strukturların üzə çıxarılması məqsədilə onların əsasında dayanan mifoloji dünyagörüş bədii şəkildə rekonstruksiya olunaraq mifoloji xülasələr formasında təqdim edilib Professor Ramil Əliyev “Dirsə xan boyu” nümunəsində Dirsə xanın mifoloji əjdaha-tanrı obrazı ilə bağlılığını təhlil edərək, boyun arxaik qatında dayanan artefaktların mifoloji xülasə şəklində bərpa olunduğunu diqqətə çatdırıb. Məruzədə, həmçinin qeyd olunub ki, arxaik lirik qaravəlli mətnləri sonrakı dövrlərdə Dədə Qorqud tərəfindən işlənərək boy formasına salınıb, dastanın “Müqəddimə” hissəsindəki atalar sözləri isə həmin mətnlərdəki didaktik məzmun əsasında formalaşıb Çıxışda dastanın digər boylarında yer alan Salur Qazan, Basat, Qanturalı, Beyrək, Əgrək, Səgrək və digər qəhrəmanların mifoloji arxemodelləri də təhlil olunub. Qeyd edilib ki, Basatın arxetipi Albarstı Basat, Qanturalının arxetipi öküzləri himayə edən mifoloji qüvvə, Buğac isə Buğa tanrı ilə əlaqələndirilir. Beyrəyin qurd totemi ilə bağlılığı, Əgrək və Səgrək obrazlarının əjdaha mifologiyası ilə əlaqələri haqqında fikirlər səsləndirilib. Bildirilib ki, qəhrəmanların həyatının mühüm məqamları mifoloji xülasələr şəklində yenidən təqdim olunaraq onların qədim mifoloji kökləri üzə çıxarılıb Məruzə ətrafında müzakirələr aparılıb, mövzu ilə bağlı fikir mübadiləsi həyata keçirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

