Florentino Peres qalib gəlir, Mourinyo Reala qayıdır
Real Madriddə prezident seçkiləri başa çatıb. Hazırkı prezident Florentino Peres rəqibi Enrike Rikelmeni geridə qoyaraq növbəti dəfə klubun prezidenti oldu Seçkilərdə böyük üstünlük əldə edən Florentino Peresin 60 qutunun hamısında rəqibi Enrike Rikelmedən daha çox səs topladığı bildirilib. Peres

Real Madriddə prezident seçkiləri başa çatıb. Hazırkı prezident Florentino Peres rəqibi Enrike Rikelmeni geridə qoyaraq növbəti dəfə klubun prezidenti oldu Seçkilərdə böyük üstünlük əldə edən Florentino Peresin 60 qutunun hamısında rəqibi Enrike Rikelmedən daha çox səs topladığı bildirilib. Peres səslərin 66 faizini, Enrike Rikelme isə 34 faizində qalıb Real Madriddə seçkilərə marağın gözlənilən səviyyədə olmaması da diqqət çəkib. Səsvermə hüququna malik təxminən 100 min üzvdən yalnız 23 min 593-ü sandıq başına getdi Florentino Peres seçkidə qalib gəldikdən sonra baş məşqçi vəzifəsi ilə bağlı sürpriz qərar qəbul edilib. Daha əvvəl 1999-1999-cu illərdə "Real Madrid"i çalışdırmış Joze Mourinyonun yenidən komandaya rəhbər təyin olunduğu açıqlanıb Xəbərdə "Real Madrid"in sabiq futbolçusu Pepenin portuqaliyalı çalışdırıcının köməkçisi olacağı bildirilib Digər tərəfdən, Real Madridin transfer səylərini sürətləndirdiyi bildirilib. "Liverpul"la müqaviləsi başa çatan fransalı müdafiəçi İbrahima Konatenin də ispan nəhənginin heyətinə qatılacağı bildirilir


