Flora Kərimovanın səhhəti yaxşılaşır, bir neçə günə evə buraxıla bilər
Xalq artisti Flora Kərimova bir neçə günə müalicə aldığı xəstəxanadan evə buraxıla bilər Bu barədə "Report"a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib Onun sözlərinə görə, Xalq artistinin müalicəsi davam etdirilir: "Səhhəti yaxşılaşır. Həkim nəzarəti altında müalicəsi aparılır, ola bilsin

Xalq artisti Flora Kərimova bir neçə günə müalicə aldığı xəstəxanadan evə buraxıla bilər Bu barədə "Report"a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib Onun sözlərinə görə, Xalq artistinin müalicəsi davam etdirilir: "Səhhəti yaxşılaşır. Həkim nəzarəti altında müalicəsi aparılır, ola bilsin, üç günə evə buraxılsın. Bu, həkimlərin qərarından asılıdır" Qeyd edək ki, bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


