Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 19 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühitin mühafizəsi naziri Tomaş Tarabanı qəbul edib Dövlətimizin başçısı ötən il Slovakiyaya, Baş nazir Robert Fikonun isə Azərbaycana səfərlərini xatırladı

BAKI, Azərbaycan, 19 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühitin mühafizəsi naziri Tomaş Tarabanı qəbul edib Dövlətimizin başçısı ötən il Slovakiyaya, Baş nazir Robert Fikonun isə Azərbaycana səfərlərini xatırladı. Dövlətimizin başçısı bu yaxınlarda Slovakiyadan yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfər etdiyini bildirdi və bunun iki ölkə arasında fəal əməkdaşlığı nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Slovakiya arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba Slovakiyanın hər zaman Azərbaycanın yanında olduğunu bildirib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü ardıcıl dəstəklədiyini vurğulayıb Slovakiya Baş nazirinin müavini qeyd edib ki, ölkəsinin təbii qaza ehtiyacı olan zaman Azərbaycan etibarlı təchizatçı olub Tomaş Taraba həmçinin Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayıb Xoş sözlərə görə təşəkkür edən Prezident İlham Əliyev Azərbaycanın hazırda 12 Avropa ölkəsini, o cümlədən 10 Avropa İttifaqına üzv ölkəni təbii qazla təmin etdiyini bildirdi və gələcəkdə bu rəqəmin artırılmasının mümkünlüyünü vurğuladı Görüşdə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb


