Niaqara şəlaləsində Azərbaycan bayrağı qaldırıldı - FOTO
Kanadanın Ontario əyalətinin Niaqara şəlaləsi şəhərində 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, tədbir Kanada Azərbaycan Evi tərəfindən təşkil olunub Mərasimdə Toronto, Hamilton, Kembric v

Kanadanın Ontario əyalətinin Niaqara şəlaləsi şəhərində 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, tədbir Kanada Azərbaycan Evi tərəfindən təşkil olunub Mərasimdə Toronto, Hamilton, Kembric və digər yaxın şəhərlərdə yaşayan azərbaycanlılar iştirak ediblər Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova bildirib ki, Azərbaycan bayrağının Niaqara şəlaləsində ucaldılması xüsusi qürur hissi doğuran hadisədir. O, Mer Cim Diodati və Şəhər Şurasının üzvləri Mona Patel və Rut Ann Nieuwesteeg bu təşəbbüsə verdikləri dəstəyə görə təşəkkür etdi Rəsmi çıxışlardan sonra Azərbaycanın üçrəngli Dövlət bayrağı təntənəli şəraitdə qaldırılıb Tədbir iştirakçıları belə bir əlamətdar hadisə münasibətilə bir araya gəlməkdən şad olduqlarını vurğuladılar. Onların fikrincə, Azərbaycanın Müstəqillik Gününün xaricdə qeyd olunması milli dəyərlərin təbliğinə, tarixi vətənlə əlaqələrin möhkəmlənməsinə və Azərbaycan icmasının konsolidasiyasına kömək edir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


