Fico Avropanın lideri ola biləcək “yeganə” adlandırdı
Fransa prezidenti Emmanuel Makron hazırda Avropa İttifaqının lideri rolunu üzərinə götürə biləcək yeganə şəxsdir. Bunu Slovakiyanın Baş naziri Robert Fiko Gandlova şəhərində tələbələr qarşısında çıxışı zamanı deyib Fiko xatırladıb ki, Makronun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatır və

Fransa prezidenti Emmanuel Makron hazırda Avropa İttifaqının lideri rolunu üzərinə götürə biləcək yeganə şəxsdir. Bunu Slovakiyanın Baş naziri Robert Fiko Gandlova şəhərində tələbələr qarşısında çıxışı zamanı deyib Fiko xatırladıb ki, Makronun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatır və o, bir daha prezidentliyə namizəd ola bilməyəcək "Avropanın belə insanlara ehtiyacı var - vizyonu olan, "Avropanın sağ qalması üçün bunu Avropada etməliyik" demək istəyən, çünki əks halda biz NATO-da baş verənlərlə bağlı təhlükə altındayıq. NATO tamamilə, mən deyərdim ki, acınacaqlı vəziyyətdədir", - Slovakiya lideri davam edib Fiko bəyanatını Avropa İttifaqının birliyi ilə bağlı müzakirələr kontekstində verib. O, avronun ortaq valyuta kimi rolunu və Avropanın birləşməsində mühüm rol oynayan Şengen zonasını qeyd edib, lakin ittifaqda daha çox islahatlara ehtiyac olduğunu vurğulayıb: “Bizdə liderlik yoxdur, ümumi xarici siyasət yoxdur” Fikonun fikrincə, ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarını Almaniyadan çıxarmaq qərarı, habelə Vaşinqtonun Polşada zirehli briqada yerləşdirməkdən imtina etməsi fonunda Avropa islahatlar aparmalı olacaq "Avropa özünü təmin etməli olacaq. Bu çox puldur, böyük israfdır. Bunun üçün bizə yeni rəhbərlik lazımdır", - Slovakiya lideri bildirib Makron özü bu ilin aprelində Kiprə səfəri zamanı hazırkı prezidentlik müddəti bitdikdən sonra siyasətdən ayrılacağını bildirmişdi

