Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub (FOTO)
Tbilisi, Gürcüstan, 6 aprel. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub, Trend -in xüsusi müxbiri xəbər verir ki Birinci xanıma muzey haqqında ətraflı məlumat verildi Muzeyin binası əvvəlcə vaxtilə Tiflisd

Tbilisi, Gürcüstan, 6 aprel. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub, Trend -in xüsusi müxbiri xəbər verir ki Birinci xanıma muzey haqqında ətraflı məlumat verildi Muzeyin binası əvvəlcə vaxtilə Tiflisdə yaşamış Mirzə Fətəli Axundzadənin vəsaiti ilə tikilib. 1982-ci ildə Gürcüstandakı Azərbaycan ziyalılarının xahişi ilə binada Mirzə Fətəli Axundzadəyə həsr olunmuş mənzil-muzeyi yaradılmışdır. Ulu öndər Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi səfərindən sonra mədəniyyət ocağı əsaslı şəkildə yenidən qurulmuş və o vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir 2007-ci ildə Gürcüstan prezidentinin sərəncamı ilə mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Həmin il mayın 8-də muzeyin rəsmi açılışı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi (o cümlədən muğam), rəssamlıq, dil kursları fəaliyyət göstərir Muzeyin əsas məqsədi Gürcüstanda Azərbaycan mədəniyyətini və Azərbaycan xalqının mədəni irsini qorumaq və təbliğ etməkdir. Burada ölkənin müxtəlif muzeylərinin kolleksiyalarından Azərbaycanın mədəni irsinə aid eksponatlar tədqiq olunur və sərgilənir Muzeydə milli musiqi alətləri, ənənəvi geyimlər, xalq sənəti nümunələri, Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatlar və digər əşyaların nümayiş olunduğu altı sərgi salonu var Sərgidə Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunan və Milli Muzeydə qorunan ənənəvi xalçalar da yer alıb. Onların tarixi əsrlərə gedib çıxır. Bu xalçaların toplanması və elmi tədqiqi 19-cu əsrin ortalarında, Gürcüstan Milli Muzeyinin hüquqi sələfi olan “Qafqaz Muzeyi” dövründə başlanmışdır Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltəraşlarının iki xalq arasında dostluq münasibətlərini əks etdirən əsərləri, həmçinin Tbilisidəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, Mirzə Fətəli Axundzadə adına məktəb və kitabxananın, Bakının Tbilisi prospektinin, “Dostluq abidəsi”nin fotoşəkilləri nümayiş etdirilir Muzeydə mədəni tədbirlər və konfranslar keçirməklə yanaşı, 1820-1830-cu illərdə Gəncədə Mirzə Şəfi Vazeh tərəfindən əsası qoyulmuş “Divani-Hikmət” ədəbi məclisi ənənəsini davam etdirən “Akillər Şurası” da fəaliyyət göstərir. Muzeydə həmçinin Tbilisidə yeganə azərbaycandilli kitabxana və rəsm qalereyası yerləşir Ekskursiyadan sonra Azərbaycanın birinci xanımı muzeyin fəxri qonaqlar kitabını imzalayıb. Birinci xanım Mehriban Əliyevaya hədiyyə olaraq uşaqların toxunduğu kiçik xalçalar təqdim olunub

