Tenqri
Ana Səhifə
Siyasət

Birinci xanım Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub (FOTO)

Tbilisi, Gürcüstan, 6 aprel. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Gürcüstan Milli Muzeyində olub, Trend -in xüsusi müxbiri xəbər verir ki Gürcüstan Milli Muzeyində ölkə tarixinin müxtəlif dövrlərinə aid eksponatlar nümayiş etdirilir Muzeyin “Gürcüstanda daş dövrü” s

0 baxıştrend.az
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub (FOTO)
Paylaş:

Tbilisi, Gürcüstan, 6 aprel. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Gürcüstan Milli Muzeyində olub, Trend -in xüsusi müxbiri xəbər verir ki Gürcüstan Milli Muzeyində ölkə tarixinin müxtəlif dövrlərinə aid eksponatlar nümayiş etdirilir Muzeyin “Gürcüstanda daş dövrü” sərgisi ölkədə aşkar edilmiş ən mühüm arxeoloji irsdən bəzilərini təqdim edir. Bu günə qədər Gürcüstanda 500-dən çox daş dövrü abidəsi qeydə alınıb. Sərgidə təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri olan Dmanisi (Kvemo Kartli bölgəsi) tapıntılarına xüsusi diqqət yetirilir. “Arxeoloji xəzinə” sərgisində Gürcüstanda aşkar edilmiş, eramızdan əvvəl III minillikdən eramızın 4-cü əsrinə aid nadir zərgərlik əşyaları nümayiş etdirilir Sərgilərlə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə hədiyyə olaraq “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” kolleksiyası təqdim olunub. Kolleksiyada qədim xalça nümunələrinin müasir şərhləri təqdim olunur Kolleksiyaya aşağıdakı xalçalar daxildir: “Naxçıvan” – klassik elementlərin, xüsusən “Xətai” və “Çələbi” motivlərinin müasir kompozisiyada sintezi; “Açma-yumma” – Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən şərh edilmişdir; “Qarabağ” – ritmik və təkrarlanan elementlər vasitəsilə kainatın harmoniyasını canlandıran; “Bəndi-Rumi” kompozisiyası; “Ovçuluq” – Şərq bədii ənənələrinin müasir ifadəsi; və “Pazırık” – 2500 illik tarixə malik dünyanın ən qədim xovlu xalçasının müasir şərhi Muzeyin rəhbərliyi qiymətli hədiyyəyə görə birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib

Kaynak: trend.az

Diğer Haberler