Tenqri
Ana Səhifə
Dünya

Bakıda WUF13-ün ilk gününə yekun vurulub (FOTO)

BAKI, Azərbaycan, 17 may. Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının birinci günü başa çatıb Forumda 182 ölkədən 40 000-dən çox iştirakçı qeydiyyatdan keçib ki, bu da WUF tarixində rekord hesab olunur Mayın 22-dək davam edəcək WUF13 BMT-nin İnsan Məskənləri Proqramı (U

0 baxıştrend.az
Bakıda WUF13-ün ilk gününə yekun vurulub (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 17 may. Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının birinci günü başa çatıb Forumda 182 ölkədən 40 000-dən çox iştirakçı qeydiyyatdan keçib ki, bu da WUF tarixində rekord hesab olunur Mayın 22-dək davam edəcək WUF13 BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə keçirilir Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü və nazirlərin dəyirmi masası təşkil olunub WUF13 çərçivəsində rəsmi bayraq qaldırma mərasimi də baş tutub. Birləşmiş Millətlər Təşkilatının bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırıldı Bundan əlavə, aşağıdakı tədbirlər təşkil edilmişdir: “Vətəndaş Cəmiyyəti və Vətəndaş Təşəbbüsləri Assambleyası”, “Qadınlar Assambleyası: Gender-Transformativ Strategiyaların Birgə Yaradılması”, Biznes Assambleyasının “Mənzil Dəyər Zəncirində Özəl Sektorun Liderliyi: Dünya Cəmiyyəti Assambleyası və Beynəlxalq Assambleyası” mövzusunda sessiyası, Regional hökumətlər “Yenilənmiş çoxtərəfliliyə təkan verən yerli liderlik”, həmçinin “Şəhərlərin rifahı və imkanları üçün mənzil” və “Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil” mövzusunda sessiyalar Çıxış edən əcnəbi iştirakçılar WUF13-ün davamlı inkişaf, müasir şəhər idarəçiliyi, rəqəmsal həllər, sərfəli mənzil və ekoloji yanaşmalarda dünya üçün model ola biləcəyinə əminliklərini ifadə ediblər Bakı Olimpiya Stadionunda hər addımda yerləşən könüllülər həm mediaya, həm də iştirakçılara operativ köməklik göstəriblər FOTO - Arif Quluzadə

Kaynak: trend.az

Diğer Haberler