Şamaxıda Beynəlxalq Barbekü Festivalının ilk günü (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 13 iyun. İyunun 13-də Şamaxının Meysəri kəndində manqal festivalı başlayıb İki gün davam edən festival Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, Nəsimi bağları kompleksi və “Abqora” restoranının təşkilatçılığı ilə baş tutub. Azersun Holdinq və Coca-Cola Azərbaycan əsas sponsorluq

BAKI, Azərbaycan, 13 iyun. İyunun 13-də Şamaxının Meysəri kəndində manqal festivalı başlayıb İki gün davam edən festival Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, Nəsimi bağları kompleksi və “Abqora” restoranının təşkilatçılığı ilə baş tutub. Azersun Holdinq və Coca-Cola Azərbaycan əsas sponsorluq edib, Azərbaycan Hava Yolları, Premium Meat və Baku Medical Plaza da rəsmi tərəfdaşlıq ediblər Festivalda 20-yə yaxın ölkədən aşpazlar iştirak edəcək. Bu mütəxəssislər dünyanın tanınmış restoranlarında çalışmış, illərlə kulinariya təcrübəsinə malikdirlər. Bu illər ərzində onlar çoxsaylı böyük festivallarda iştirak edib və çoxsaylı mükafatlar alıblar Festival ərazisindəki kulinariya zonalarında əyləncəli müsabiqələr keçirilir, restoran pavilyonları isə müxtəlif mədəniyyətlərin mətbəxlərini daha yaxşı başa düşmək, iştirakçılar arasında ünsiyyəti gücləndirmək və müxtəlif yeməklərdən dadmaq imkanı təklif edir Festival iyunun 14-də davam edəcək Festivalın ikinci günü də ləzzətli yeməkləri və əyləncələri ilə yadda qalacaq. "Steak Show" zamanı aşpazlar öz unikal texnikalarından istifadə edərək bifteklər hazırlayacaqlar. Təqdimat zamanı onlar öz kulinariya sirlərini, bişirmə texnikalarını və xüsusi məsləhətlərini tamaşaçılarla bölüşəcəklər. Bu günün musiqili proqramı festivalı daha da canlı edəcək


