Bakıda klassik və yüksək sürətli avtomobil festivalının ilk gününə yekun vurulub (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 6 iyun. İyunun 6-da Bakıda Classics & Supercars festivalı başlayıb Azərbaycan Avtomobil Federasiyası (AAF) və Nazar Holdings-in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda iki günlük festival keçirilir İki gün ərzində Bakı bulvarında klassik avtomobillər, superkarlar və i

BAKI, Azərbaycan, 6 iyun. İyunun 6-da Bakıda Classics & Supercars festivalı başlayıb Azərbaycan Avtomobil Federasiyası (AAF) və Nazar Holdings-in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda iki günlük festival keçirilir İki gün ərzində Bakı bulvarında klassik avtomobillər, superkarlar və idman avtomobilləri nümayiş etdiriləcək Sərgidə Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, eləcə də tədbirdə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin avtomobilləri nümayiş etdirilir Festivalda nümayiş olunan klassik avtomobillər 1986-cı ildən əvvəl istehsal olunmuş avtomobillərdir. Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini əks etdirən nadir avtomobillərdir. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa olunur və nümayiş etdirilir Festivalda retro avtomobillərlə yanaşı, güclü mühərrikləri və müasir texnologiyaları ilə seçilən müxtəlif növ idman avtomobilləri və “Superkarlar” da təqdim olunur Festivala gələn qonaqlar həm yüksək sürəti, həm də innovativ texnologiyaları ilə seçilən müasir avtomobillərlə, həm də tarixi və zərifliyi ilə qiymətləndirilən retro avtomobillərlə bir yerdə tanış olmaq imkanı əldə edirlər Festival saat 11:00-dan 16:00-a kimi davam edəcək. iyunun 7-də

