Finlandiya Prezidenti Aİ-nin üzv dövlətlərinin sayını 40-a çatdırmağı təklif edib
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, 27 üzvdən ibarət Avropa İttifaqı (Aİ) sıralarını daha da genişləndirməyə çalışmalı, üzvlərinin sayını Kanada da daxil olmaqla 40-a çatdırmalıdır AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkidə keçirilən konfransda

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, 27 üzvdən ibarət Avropa İttifaqı (Aİ) sıralarını daha da genişləndirməyə çalışmalı, üzvlərinin sayını Kanada da daxil olmaqla 40-a çatdırmalıdır AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkidə keçirilən konfransda çıxış edən Stubb Aİ-nin daha uzaqgörənliklə düşünməli olduğu ideyasını müdafiə edib Aİ-nin genişlənməsini “Avropanın ən yaxşı siyasəti” adlandıran Stubb deyib: “Aİ üzvlərin sayını 40 ölkəyə çatdırmağa və Böyük Britaniya, Kanada, Türkiyə, Norveç, İslandiyanı potensial namizədlər kimi təqdim etməyə çalışmalıdır" Stubb Monteneqro və Albaniyanın üzvlüyə real namizəd ölkələr kimi qiymətləndirildiyini qeyd edib və 2020-ci ildə Aİ-dən çıxan Böyük Britaniyanın yenidən İttifaqa daxil edilməsinin vacibliyini vurğulayıb Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük proseslərində irəliləyişlərinə işarə edən Stubb bildirib: “Biz, həmçinin Türkiyəni ciddi şəkildə nəzərdən keçirməliyik. Artıq heç kim Türkiyədən danışmır. Türkiyənin təhlükəsizlik baxımından mümkün qədər yaxın olması fonunda bu ölkənin nə qədər lazımlı olduğunu anlamağımız vacibdir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


