“Olimpiakos”un “Dördlər finalında” rəqibi “Real Madrid” olub
Avroliqanın Dördlər Finalı-İspan komandaları arasında keçirilən yarımfinal matçında Real Madrid Valensiya Basketi 105-90 hesabı ilə məğlub edərək finalda Olimpiakosun rəqibi olub Yunanıstanın paytaxtı Afinanın ev sahibliyi etdiyi EuroLeague Final-Four yarımfinalında İspaniyanın Valensiya Basket və

Avroliqanın Dördlər Finalı-İspan komandaları arasında keçirilən yarımfinal matçında Real Madrid Valensiya Basketi 105-90 hesabı ilə məğlub edərək finalda Olimpiakosun rəqibi olub Yunanıstanın paytaxtı Afinanın ev sahibliyi etdiyi EuroLeague Final-Four yarımfinalında İspaniyanın Valensiya Basket və Real Madrid komandaları üz-üzə gəlib. Yüksək templə başlayan matçın ilk dövrəsini Valensiya Basket 28-26 öndə tamamlayıb. Qarşılıqlı hücumlarla və yüksək dəqiqliklə keçən ikinci rübdən sonra birinci hissə Real Madridin 62-56 hesablı üstünlüyü ilə başa çatıb. Madrid təmsilçisi üçüncü rübdə fərqi genişləndirərək son periyota 86-73 öndə girdi. Final hissəsində də üstünlüyünü qoruyan Real Madrid 105-90 hesabı ilə qalib gələrək finalda Olimpiakosun rəqibi olub İki komanda 5-ci dəfədir ki, finalda mübarizə aparır Avroliqanın Dördlər finalında "Fənərbaxça"nı mübarizədən kənarlaşdıran "Olimpiakos"la "Valensiya Basket"i məğlub edən "Real Madrid" üz-üzə gələcək. İki komanda daha əvvəl 4 dəfə finalda mübarizə apardığı halda, bu matçların 3-də Real Madrid kuboku qazanıb. Olimpiakos bir dəfə çempionluq sevinci yaşayıb Olimpiakos və Real Madrid arasında Avroliqanın Dördlər Finalı finalı bazar günü CET vaxtı ilə 21:00-da keçiriləcək. - İSTANBUL


