İran və ABŞ arasında nüvə məsələsi və sanksiyaların ləğvini nəzərdə tutan yekun razılaşma - XİN
BAKI, Azərbaycan, 16 iyun. İran və ABŞ arasında yekun razılaşma nüvə məsələsində fikir ayrılıqlarının həllini və sanksiyaların ləğvini əhatə edəcək Bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda xarici ölkələrin səfirləri və diplomatları ilə görüşündə bildirib Onun sözlə

BAKI, Azərbaycan, 16 iyun. İran və ABŞ arasında yekun razılaşma nüvə məsələsində fikir ayrılıqlarının həllini və sanksiyaların ləğvini əhatə edəcək Bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda xarici ölkələrin səfirləri və diplomatları ilə görüşündə bildirib Onun sözlərinə görə, ABŞ, İsrail və İran arasında hərbi eskalasiya nəzərə alınmaqla müzakirələrin iki mərhələdə aparılması planlaşdırılır Əraqçi əlavə edib ki, birinci mərhələ müharibəni dayandırmaq, Hörmüz boğazındakı məhdudiyyətləri, dəniz blokadasını və bununla bağlı məsələləri həll etməkdir O qeyd edib ki, ABŞ, İsrail və İran arasında müharibənin ortasında başlayan 3 aylıq danışıqlardan sonra tərəflər birinci mərhələdə razılığa gələ biliblər. Bu mərhələnin sonunda anlaşma memorandumu imzalanacaq. Daha sonra yekun razılığın əldə olunması üçün 60 gün ərzində danışıqlar aparılacaq İranlı nazir onu da bildirib ki, birinci mərhələ üzrə anlaşma memorandumu iyunun 19-da rəsmən qüvvəyə minəcək "İranın fikrincə, bu razılaşmanın iki tərəfi bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran və Livan Hizbullahıdır. Livanda müharibənin başa çatması müharibənin tam başa çatmasının ayrılmaz hissəsidir. İranın fikrincə, Livana istənilən hücum anlaşma memorandumunun pozulması kimi qiymətləndiriləcək", - o qeyd edib
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
