Tenqri
Ana Səhifə
Dünya

Filippində baş verən zəlzələdən sonra 10 minə yaxın ailə evlərini tərk edib

Filippində baş verən 7,8 bal gücündə zəlzələ qurbanlarının sayı 35-ə çatıb.Dağıdıcı zəlzələnin baş verdiyi Mindanao adasında axtarış-xilasetmə əməliyyatları davam edir. Bu zəlzələdən sonra Filippin, Avstraliya, İndoneziya, Yaponiyada elan edilən sunami təhlükəsi xəbərdarlığı bir neçə saatdan sonra l

0 baxışqazaqstan.tv
Filippində baş verən zəlzələdən sonra 10 minə yaxın ailə evlərini tərk edib
Paylaş:

Filippində baş verən 7,8 bal gücündə zəlzələ qurbanlarının sayı 35-ə çatıb.Dağıdıcı zəlzələnin baş verdiyi Mindanao adasında axtarış-xilasetmə əməliyyatları davam edir. Bu zəlzələdən sonra Filippin, Avstraliya, İndoneziya, Yaponiyada elan edilən sunami təhlükəsi xəbərdarlığı bir neçə saatdan sonra ləğv edilib. Təbii fəlakət nəticəsində Filippində 134 nəfər xəsarət alıb, 10 minə yaxın ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Daha 12 sakin itkin düşüb İran və İsrail atəşkəs barədə razılığa gəliblər İran və İsrail atəşkəs barədə razılığa gəliblər. İki gün ərzində iki ölkə aprel atəşkəsi pozaraq bir-birinin ərazisinə raket zərbələri endirib. İslam Respublikasının hücumuna İsrail ordusunun Livanın paytaxtı Beyruta hücumu səbəb olub. Tehran İsrailin hüdudlarını aşdığını iddia edib. Atəşkəsdən əvvəl ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu telefonla danışıb Pxenyanda Si Cinpin və Kim Çen In arasında sammit keçirilib Pxenyanda Çin prezidenti Si Cinpin və Şimali Koreya lideri Kim Çen In arasında sammit keçirilib. Yerli dövlət telekanalının məlumatına görə, tərəflər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Si Cinpin 7 ildə ilk dəfə Pxenyana səfər edir. Görüş Pekinin son vaxtlar Rusiya ilə əlaqələri gücləndirən strateji tərəfdaşı üzərində təsirini bərpa etməyə çalışdığı bir vaxta təsadüf edir Britaniya Apple və Google-dan uşaqların müdafiəsi tədbirlərini gücləndirməyi tələb edib Böyük Britaniya hökuməti Apple və Google-dan uşaqların müdafiəsi tədbirlərini gücləndirməyi tələb edib. Müvafiq olaraq, bu şirkətlər üç ay ərzində yetkinlik yaşına çatmayanların açıq-saçıq foto və videolar çəkməsinə, onlara baxmasına və göndərilməsinə mane olan texnoloji məhdudiyyətlər tətbiq etməlidir. Bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer Londonda keçirilən Texnologiya Həftəsi zamanı bildirib. Tələb yerinə yetirilmədiyi təqdirdə şirkətlər cərimələnəcək və hətta cinayət məsuliyyətinə cəlb olunacaqlar. Google uşaqların müdafiəsi tədbirlərini gücləndirmək niyyətində olsa da, Apple hələ rəsmi açıqlama verməyib

Kaynak: qazaqstan.tv

Diğer Haberler