Filippində baş verən zəlzələ nəticəsində 32 nəfər ölüb
Filippində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.Yüzdən çox insanın xəsarət aldığı, sunami təhlükəsi səbəbindən 10 minə yaxın insanın evsiz qaldığı və ya təxliyə edildiyi bildirilir. Səlahiyyətlilər xilasetmə işləri aparır İyunun 8-də səhər saatlarında baş verən z

Filippində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.Yüzdən çox insanın xəsarət aldığı, sunami təhlükəsi səbəbindən 10 minə yaxın insanın evsiz qaldığı və ya təxliyə edildiyi bildirilir. Səlahiyyətlilər xilasetmə işləri aparır İyunun 8-də səhər saatlarında baş verən zəlzələnin episentri dənizdəki Mindanao adasında olub Yüzlərlə bina dağılıb. 700 min əhalisi olan General Santos şəhərində 10 nəfər həlak olub, 20-yə yaxın adam isə itkin düşüb Manila hökuməti fəlakətlə mübarizə üçün hərbçiləri və fövqəladə hallar işçilərini səfərbər edib Altı saat sonra sunami təhlükəsi ləğv edildi Zəlzələ yeni dərs ilinin başlanmasına təsadüf edib. Təsirə məruz qalan ərazilərdə dərslər müvəqqəti olaraq dayandırılıb Filippin seysmik cəhətdən aktiv zonada yerləşir 8 ay əvvəl ölkədə son 12 ilin ən böyük zəlzələsi yaşanıb. 6,9 bal gücündə zəlzələ 79 nəfərin həyatına son qoyub


