Filippində 7,8 bal gücündə zəlzələ qeydə alınıb
Bişkek, 08.06.26. /Xəbərlər/. Filippinin cənubundakı Mindanao adasında 7,8 bal gücündə zəlzələ baş verib. Bu barədə AZƏRTAC agentliyi yazıb Ölkənin Mülki Müdafiə İdarəsinin məlumatına görə, zəlzələ nəticəsində 15 nəfər həlak olub İdarə heyətinin direktoru Rodriqo Sosmeni bildirib ki, ölənlərdən 12

Bişkek, 08.06.26. /Xəbərlər/. Filippinin cənubundakı Mindanao adasında 7,8 bal gücündə zəlzələ baş verib. Bu barədə AZƏRTAC agentliyi yazıb Ölkənin Mülki Müdafiə İdarəsinin məlumatına görə, zəlzələ nəticəsində 15 nəfər həlak olub İdarə heyətinin direktoru Rodriqo Sosmeni bildirib ki, ölənlərdən 12-si Cənubi Kotabato, Sultan Kudarat, Saranqani və General Santos şəhərinin daxil olduğu Soxkargen bölgəsində qeydə alınıb. Sözügedən ərazidə ən azı 129 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb Qeyd edildiyi kimi, ilk güclü təkandan sonra maqnitudası 4,6-6,5 olan 10 afterşok qeydə alınıb. Nəticədə regionda və qonşu ölkələrdə sunami xəbərdarlığı edilib


