Tenqri
Ana Səhifə
Dünya

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB-2

Filippinin cənubunda baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 41 nəfərə yüksəlib Bu barədə "GMA News" telekanalı məlumat yayıb Hadisə nəticəsində 470-dən çox insan yaralanıb, daha 4 nəfər itkin düşmüş hesab olunur Yerli hakimiyyət orqanları bildiriblər ki, Mindanao adas

0 baxışapa.az
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB-2
Paylaş:

Filippinin cənubunda baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 41 nəfərə yüksəlib Bu barədə "GMA News" telekanalı məlumat yayıb Hadisə nəticəsində 470-dən çox insan yaralanıb, daha 4 nəfər itkin düşmüş hesab olunur Yerli hakimiyyət orqanları bildiriblər ki, Mindanao adasında təxminən 1 900 bina zədələnib. Onların arasında məktəblər, xəstəxanalar və yaşayış evləri də var Təxminən 1 500 tikili tamamilə dağılıb General-Santos şəhərində fövqəladə vəziyyət elan olunub Zəlzələnin nəticələri regionda 145 mindən çox sakinə təsir göstərib *** :36 Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb APA xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Juni Kastilyo məlumat verib Filippinin cənubunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb APA xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Juni Kastilyo məlumat verib Məlumata görə, 200-dən çox yaralı var, daha 7 nəfər itkin düşmüş hesab olunur Bu gün səhər saatlarında Filippində Mindanao adasının sahillərində güclü yeraltı təkanlar qeydə alınıb “Associated Press” Filippin rəsmilərə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində ən azı 12 nəfər ölüb, 200–dən çox insan yaralanıb Avropa seysmoloqlarının məlumatına görə, maqnitudanın gücü 8,1 olub, daha sonra mütəxəssislər onun 7,8 olduğunu dəqiqləşdiriblər Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi elan edib

Kaynak: apa.az

Diğer Haberler