Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
Filippindəki xilasetmə qrupları ölkənin cənubunda baş verən və azı 37 nəfərin ölümünə, 400 insanın yaralanmasına səbəb olan 7,8 bal gücündə güclü zəlzələdən sonra sağ qalanları tapmaq üçün fəal iş aparır AZƏRTAC xəbər verir ki, Mindanao adasındakı General-Santos şəhərində xilasedicilər çərşənbə axş

Filippindəki xilasetmə qrupları ölkənin cənubunda baş verən və azı 37 nəfərin ölümünə, 400 insanın yaralanmasına səbəb olan 7,8 bal gücündə güclü zəlzələdən sonra sağ qalanları tapmaq üçün fəal iş aparır AZƏRTAC xəbər verir ki, Mindanao adasındakı General-Santos şəhərində xilasedicilər çərşənbə axşamı günü baqqal mağazasının yerləşdiyi uçmuş ticarət binasının dağıntıları arasında hələ də qapalı qaldığı güman edilən üç nəfəri axtarırdılar. Rəsmilər bildiriblər ki, sağ qalan iki şəxs dağıntılar altından çıxarılıb, lakin üçüncüsünün meyiti tapılıb Zəlzələ bazar ertəsi yerli vaxtla səhər saat 7:40-dan bir qədər əvvəl (bazar günü saat 23:40 GMT) Saranqani əyalətinin sahillərindən təxminən 20 kilometr məsafədə baş verib. Yeraltı təkanlar episentrdən təxminən 420 kilometr məsafədə yerləşən İndoneziyanın Sulavesi adasındakı Manadoya qədər hiss olunub Növbəti iki saat ərzində bir sıra güclü təkanlar da baş verib və ABŞ Geoloji Xidmətinin məlumatına görə, onların ən güclüsü 6,5 bal gücündə olub. Zəlzələ bir neçə ölkədə sunami xəbərdarlığına səbəb olub Təxminən 720 min əhalisi olan sahil şəhəri General-Santos təbii fəlakətdən daha çox ziyan görüb. Uçmuş binalar və dağıntılar nəticəsində azı 13 nəfər həlak olub. Şəhərdə fövqəladə vəziyyət elan edilib: bir neçə bina uçub, küçələr dağıntılarla dolub və elektrik xətləri sıradan çıxıb Saranqaninin bəzi ərazilərinə yalnız helikopter ilə çatmaq mümkündür və afterşoklarla bağlı narahatlıqlar xilasetmə işlərini ləngidir “Afterşoklar hələ də davam edir. Ona görə də xilasedicilər son dərəcə ehtiyatla hərəkət edirlər. Bu, asan iş deyil”, - deyə regional mülki müdafiə direktoru Rodrigo Sosmena bildirib Bir neçə əyalətdə təxminən 2000 ev və 117 dövlət binası zədələnib. Dərslər bərpa olunmazdan əvvəl təxminən 6000 dövlət məktəb binasının vəziyyəti qiymətləndirilməlidir. General-Santosdakı beynəlxalq hava limanı hələ də bağlı qalır və bu, 63 daxili uçuşun ləğvinə səbəb olub Maniladan reportaj verən “Əl-Cəzirə” telekanalının müxbiri Barnabi Lo bildirib ki, dağıntıların miqyasını nəzərə alsaq, ölənlərin sayının yüzlərlə olmaması möcüzədir Bu, Filippində səkkiz ayda baş verən ən güclü zəlzələdir. Keçən il Sebu sahillərində 79 nəfərin ölümünə səbəb olan 6,9 bal gücündə zəlzələdən sonra son iki gündə qeydə alınan yeraltı təkanlar ən güclü hesab olunur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


