Filippində 7,8 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edilib
Filippinin cənubundakı Mindanao bölgəsində azı 4 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən 7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib Zəlzələdən sonra ABŞ Geoloji Xidməti (USGS) tərəfindən 4,6-6,5 bal gücündə 10 afterşok qeydə alınıb və bölgədə və ətraf ölkələrdə suna

Filippinin cənubundakı Mindanao bölgəsində azı 4 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən 7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib Zəlzələdən sonra ABŞ Geoloji Xidməti (USGS) tərəfindən 4,6-6,5 bal gücündə 10 afterşok qeydə alınıb və bölgədə və ətraf ölkələrdə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Zəlzələdən sonra Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun direktoru Teresito Bakolkol Associated Press (AP) agentliyinə bildirib ki, ölkənin Sultan Kudarat və Sarangani əyalətlərində quruda sunami müşahidə stansiyaları tərəfindən 1 metrlik dalğalar izlənilib Filippin prezidenti kiçik Ferdinand Markos ölkənin sunami təhlükəsi olan ərazilərində yaşayan vətəndaşları dərhal yüksək yerlərə köçməyə çağırıb Hökumətin hərəkətə keçdiyini deyən Markos, fəlakətlə mübarizə qurumlarının hazır vəziyyətdə olduğunu qeyd edib Malayziyanın Meteorologiya İdarəsi də Borneo adasındakı Sabah əyaləti üçün sunami xəbərdarlığı edib "Sakit Okean Atəş Halqası" adlanan zəlzələ və vulkan qurşağında olan Filippində genişmiqyaslı zəlzələlər tez-tez baş verir


