FİFA 2026 Dünya Çempionatında vuvuzelaları qadağan etdi
FİFA 2026-cı il dünya çempionatının stadionları üçün davranış qaydalarını yeniləyib və bilet sahiblərini yeni tələblər barədə məlumatlandırıb Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, azarkeşlərin arenalara vuvuzela, fit, sirena və digər həddən artıq səs-küy yaradan cihaz

FİFA 2026-cı il dünya çempionatının stadionları üçün davranış qaydalarını yeniləyib və bilet sahiblərini yeni tələblər barədə məlumatlandırıb Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, azarkeşlərin arenalara vuvuzela, fit, sirena və digər həddən artıq səs-küy yaradan cihazları gətirməsi qadağandır Lazer göstəriciləri və işıq şüaları yayan oxşar cihazlar da qadağandır Bundan əlavə, tamaşaçıların stadionlara su butulkaları, stəkanlar, bankalar və digər oxşar qablar gətirməsinə icazə verilməyəcək Xatırladaq ki, vuvuzelas 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının əsas simvollarından birinə çevrilmişdi. Lakin bu alətlər xüsusi atmosfer yaratmaqla yanaşı, arı sürünün vızıltısını xatırladan monoton səsinə görə mütəmadi olaraq tənqid olunurdu Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


