FİFA İsraillə Fələstini istəyir
Beynəlxalq Futbol Federasiyası (FİFA) 15 yaşadək futbolçular arasında ilk Futbol Festivalını Fələstin və İsrail arasında keçiriləcək oyunla açmağı təklif edib Sentyabrda ABŞ-da keçirilməsi planlaşdırılan tədbir, 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra FİFA yarışlarından kənarlaşdırı

Beynəlxalq Futbol Federasiyası (FİFA) 15 yaşadək futbolçular arasında ilk Futbol Festivalını Fələstin və İsrail arasında keçiriləcək oyunla açmağı təklif edib Sentyabrda ABŞ-da keçirilməsi planlaşdırılan tədbir, 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra FİFA yarışlarından kənarlaşdırılan Rusiya da daxil olmaqla, bütün 211 üzv federasiya üçün açıq olacaq FİFA-nın festivala Fələstin-İsrail matçı ilə başlamaq təklifi federasiya prezidenti Canni İnfantinonun təşəbbüsündən sonradır. O, hər iki federasiyanın nümayəndələrini aprelin 30-da keçiriləcək illik konqresdə səhnədə əl sıxmağa və birlikdə şəkil çəkdirməyə dəvət edib Kanadanın Vankuver şəhərində keçirilən konqresdə Fələstin Futbol Federasiyasının prezidenti Cibril Rəcub və İsrail Futbol Federasiyasının vitse-prezidenti Bəsim Şeyx Süleyman ayrı-ayrılıqda nümayəndə heyətinə müraciət edib və prezident İnfantino hər iki nümayəndəsini yenidən səhnəyə dəvət edərək bir araya gətirmək istəyib Racub İnfantinonun tələbini “Biz əziyyət çəkirik” sözləri ilə rədd edib Ölkələrin festivalda iştirak edib-etməyəcəyi hələlik bəlli deyil


