Tenqri
Ana Səhifə
Dünya

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

FIFA beynəlxalq transferlərlə bağlı yeni qaydaları təsdiqləyib AZƏRTAC xəbər verir ki, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər futbolçuların müqavilələrinin pozulması hallarında kompensasiyanın hesablanması və transfer prosesində oyunçuların hüquqlarını əhatə edir Yeni qaydalara əs

0 baxışazertag.az
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
Paylaş:

FIFA beynəlxalq transferlərlə bağlı yeni qaydaları təsdiqləyib AZƏRTAC xəbər verir ki, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər futbolçuların müqavilələrinin pozulması hallarında kompensasiyanın hesablanması və transfer prosesində oyunçuların hüquqlarını əhatə edir Yeni qaydalara əsasən, müqavilə öhdəliklərinin pozulmasından zərər çəkən tərəf tam kompensasiya almaq hüququna malik olacaq. Həm futbolçular, həm də klublar üçün kompensasiyanın məbləği obyektiv meyarlar əsasında müəyyənləşdiriləcək Bundan əlavə, beynəlxalq transferlər zamanı futbolçular transfer məbləğinin 5 faizini əldə edə biləcəklər. İllik sabit gəliri 150 min avrodan az olan oyunçular üçün bu ödəniş məcburi xarakter daşıyacaq Qeyd edək ki, yeni qaydalar FIFA, FIFPro, UEFA, Avropa Klublar Assosiasiyası (ECA) və Dünya Liqalar Assosiasiyası (WLA) arasında aparılan danışıqlardan sonra hazırlanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler