Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
Rəşid Behbudov bizim böyük sənətkarımızdır. Hələ kiçik yaşlarımdan “Arşın mal alan” operettasını izləmişəm və bu əsəri xüsusilə onun ifasında çox sevirəm. “Arşın mal alan” dünya miqyasında geniş şöhrət qazanmış əsərdir Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, opera müğənnisi, Prezident mükafatçıs

Rəşid Behbudov bizim böyük sənətkarımızdır. Hələ kiçik yaşlarımdan “Arşın mal alan” operettasını izləmişəm və bu əsəri xüsusilə onun ifasında çox sevirəm. “Arşın mal alan” dünya miqyasında geniş şöhrət qazanmış əsərdir Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, opera müğənnisi, Prezident mükafatçısı Fidan Hacıyeva deyib O bildirib ki, Rəşid Behbudovun ifası bu yaxınlarda Vyetnamda keçirilən tədbirdə də təqdim olunub, orada sənətkarın fotoları nümayiş etdirilib, ifaları səsləndirilib "Biz çox xoşbəxt xalqıq ki, bu cür böyük sənətkarımız olub. Onun zəngin irsi bu gün də gənc ifaçılar üçün əsas mənbələrdən biridir. Mən özüm də Konservatoriyaya qəbul olunduğum ilk gündən Rəşid Behbudovun repertuarına müraciət edirəm. Hazırda da dünyanın hansı ölkəsində çıxış etməyimdən asılı olmayaraq, mütləq onun repertuarından əsərlər səsləndirirəm", - deyə Xalq artisti qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


