Tenqri
Ana Səhifə
Dünya

FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin və Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təşkilatçılığı ilə 9-12 iyun 2026-cı il tarixlərində Salyan şəhərində taktiki-xüsusi təlim keçirilib Təlimə FHN-in Muğan Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə

0 baxışpublika.az
FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirdi
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin və Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təşkilatçılığı ilə 9-12 iyun 2026-cı il tarixlərində Salyan şəhərində taktiki-xüsusi təlim keçirilib Təlimə FHN-in Muğan Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Həmçinin, təlimdə Nazirliyin regionda fəaliyyət göstərən müvafiq struktur bölmələri iştirak edib Təlimin keçirilməsində məqsəd komandir-rəis heyətinin idarəetmə və koordinasiya bacarıqlarını artırmaq, həmçinin şəxsi heyəti irimiqyaslı fövqəladə hallarda müasir texniki alət və vasitələrdən, eləcə də xilasetmə üsullarından istifadə etməklə tapşırıqları yerinə yetirməyə hazırlamaqdan ibarət olub Təlimə hazırlıq məqsədilə keçirilən məşğələlərdə humanitar əməliyyatlarda iştirakla bağlı çıxışlar təqdim edilib. Çıxışlarda dövlətimizin göstərdiyi yüksək diqqət və qayğı sayəsində Fövqəladə Hallar Nazirliyinin xilasetmə bölmələrinin təkcə ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda fəlakətlərin nəticələrinin aradan qaldırılmasında və humanitar missiyalarda çevik fəaliyyət göstərmək potensialına malik olduğu xüsusi vurğulanıb. Həmçinin, Nazirliyin beynəlxalq humanitar əməliyyatlarda əldə etdiyi zəngin təcrübə auditoriya ilə bölüşülüb, müvafiq tövsiyələr verilib. Bununla yanaşı, məşğələnin proqramına uyğun olaraq, BMT-nin INSARAG Katibliyinin təlimatları çərçivəsində idarəetmə, koordinasiya və logistika standartları üzrə təqdimatlar edilib. İştirakçılara “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)” və “INSARAG Koordinasiya və İdarəetmə Sistemi (ICMS)”nin tətbiqi, eləcə də humanitar əməliyyatlarda medianın rolu barədə ətraflı izahat verilib. Təlim zamanı iştirakçılara “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)” və “Qəbuletmə–yolasalma Məntəqəsi (RDC)”nin fəaliyyət qaydaları barədə nəzəri məlumatlar verilib, eləcə də beynəlxalq qaydalara uyğun “Əməliyyatlar bazası”nın (BoO) qurulması, fəaliyyət sahələri və sənədləşməsi, humanitar əməliyyatlarda istifadə olunan qabaqcıl axtarış-xilasetmə vasitələrinin və peyk-rabitə sistemlərinin texniki imkanları praktiki şəkildə nümayiş etdirilib Təlimin praktiki hissəsi Muğan regionuna “davamlı olaraq bir neçə gün yağan yağış” nəticəsində şərti olaraq baş vermiş subasma və Salyan şəhərində fəaliyyət göstərən tikinti şirkətinin inzibati binasında “dağıntı ilə nəticələnən qəza hadisəsinin” nəticələrinin aradan qaldırılması ssenarisi üzrə keçirilib. Axtarış-xilasetmə, mühəndis və kimya-radiasiya üzrə mütəxəssislər tərəfindən pilotsuz uçuş aparatı, akustik axtarış avadanlıqları, radiasiya və kimya axtarış cihazlarından və termal kameralardan istifadə olunmaqla xüsusi kəşfiyyat tədbirləri aparılaraq əməliyyat şəraiti qiymətləndirilib və “xəsarət alanların” yeri müəyyən olunub. Sonra xilasedicilər tərəfindən müasir avadanlıqlar tətbiq edilməklə “dağıntılar altından və hündürlükdən xilasetmə, yanğınsöndürmə, kimyəvi qəzanın ləğvi və zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi” kimi tapşırıqlar peşəkarlıqla yerinə yetirilib Uğurla keçilirən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub Təlimin sonunda nəzəri və praktiki mərhələlərin gedişi şəxsi heyətlə geniş müzakirə olunub, əməliyyatların nəticələri təhlil edilib və müvafiq qiymətləndirmələr aparılıb FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirdi Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edildi Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazandı “Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olundu Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib Sərnişinlərə XOŞ XƏBƏR: Daha bir marşrutda bütün avtobuslar yenilənir "Sabah"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi Rasim İldırımzadə məhkəmə zalında həbs edildi Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR Prezident fərman imzaladı İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir

Kaynak: publika.az

Diğer Haberler