Tenqri
Ana Səhifə
İdman

FHN komandaları beynəlxalq turnirdən qızıl medalla qayıdır - FOTO

FHN-in komandaları III Dünya Korporativ Oyunlarında uğur qazanıblar Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında yüksək nəticələr əldə ediblər Modern.az xəbər verir ki, 5-7 iyun 2026-cı il tarixlərində təşkil ol

0 baxışmodern.az
FHN komandaları beynəlxalq turnirdən qızıl medalla qayıdır - FOTO
Paylaş:

FHN-in komandaları III Dünya Korporativ Oyunlarında uğur qazanıblar Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında yüksək nəticələr əldə ediblər Modern.az xəbər verir ki, 5-7 iyun 2026-cı il tarixlərində təşkil olunan yarışlarda 180 komandadan 1500-ə yaxın idmançı müxtəlif idman növləri üzrə mübarizə aparıb Yarışlarda Azərbaycanı təmsil edən FHN-in kişilərdən ibarət voleybol komandası keçirdiyi 6 oyunun hamısında uğurlu nəticə göstərərək finala yüksəlib. Həlledici görüşdə Rusiyanın “ROSTEK” komandası ilə qarşılaşan təmsilçilərimiz rəqibini 2:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olublar FHN-in kişilərdən ibarət 3x3 basketbol komandası da yarışları qələbə ilə başa vurub. Komanda keçirdiyi 5 oyundan sonra finala vəsiqə qazanıb və son görüşdə Mərakeşin “FOUNDEVER 1” komandasını 11:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub Bundan başqa, FHN əməkdaşı, gizir Əli Bayramov stolüstü tennis yarışlarında 6 oyun keçirərək bürünc medal qazanıb Qaliblər kubok, medal və diplomlarla təltif olunublar

Kaynak: modern.az

Diğer Haberler