“Heydər Əliyev xatirələrdə” – FHN-in Sumqayıt Regional Mərkəzində tədbir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev xatirələrdə” adlı tədbir təşkil olunub FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl Ulu Öndərin anadan olmasının 1

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev xatirələrdə” adlı tədbir təşkil olunub FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə veloyürüş keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş FHN-in Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb Sonra tədbir iştirakçıları mərkəzin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarəedilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda, dahi rəhbərin zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Ümummilli Liderin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur Daha sonra tədbir iştirakçıları FHN-in Sumqayıt Regional Mərkəzi və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqlarına baxış keçiriblər Tədbir çərçivəsində Sumqayıt məktəbliləri arasında viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə də baxış keçirilib Sonda tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə mərkəzin ərazisində 103 ədəd ağac, habelə müxtəlif gül kolları və dekorativ bitkilər əkilib, eyni zamanda, güllərdən ibarət 103 rəqəmini əks etdirən kompozisiya yaradılıb Mərasim unudulmaz rəhbərin 103 illiyi şərəfinə 103 ədəd helium şarının havaya buraxılması ilə yekunlaşıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
