FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlara yekun vurulub AZƏRTAC xəbər verir ki, yarışda 10 dövlət qurumundan 36 əməkdaş - kişilər və qadınlar ayrılıqda birnəfərlik qayıqda (

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlara yekun vurulub AZƏRTAC xəbər verir ki, yarışda 10 dövlət qurumundan 36 əməkdaş - kişilər və qadınlar ayrılıqda birnəfərlik qayıqda (K-1), kişi cütlüklər və qarışıq cütlüklər ikinəfərlik qayıqda (K-2) olmaqla, öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən FHN-in 5 nəfərdən ibarət avarçəkmə komandasının əməkdaşları yüksək nəticələr əldə ediblər. Şəxsi yarışlar üzrə K-1 kateqoriyasında kişilər arasında Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüfət Əhmədov bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandanın digər üzvü, FHN-in Akademiyasının əməkdaşı kapitan Özcan Kərimov bürünc medala yiyələnib Qadınlar arasında Bakı Regional Mərkəzinin əməkdaşı baş leytenant Leyla Əliyeva 1-ci yeri tutub. Komandanın digər üzvü, FHN-in Mərkəzi aparatının əməkdaşı Mələkxanım Məmmədova isə gümüş medalla kifayətlənib. Qarışıq cütlüklər arasında K-2 kateqoriyası üzrə də Rüfət Əhmədov və Leyla Əliyeva mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kişi cütlüklər arasında keçirilən yarışda isə FHN-in Akademiyasının əməkdaşı kapitan Özcan Kərimov və Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov qızıl, qadın cütlüklər arasında isə Bakı Regional Mərkəzinin əməkdaşı baş leytenant Leyla Əliyeva və Mərkəzi aparatın əməkdaşı Mələkxanım Məmmədova qızıl medal qazanaraq dövlət qurumları arasında keçirilən yarışın qalibi olublar Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallar təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


