Tenqri
Ana Səhifə
Dünya

CNN-in Azərbaycanla bağlı saxtakarlığı kobud informasiya manipulyasiyasıdır - MEDİA - FOTO

2026-cı il iyunun 5-də CNN özünün uydurma “mənbələrinə” istinad edərək, guya İsrailin İranla müharibə zamanı Azərbaycan ərazisindən istifadə etdiyinə dair iddiaları özündə əks etdirən material yayıb Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Media İnkişafı Agentliyinin (MEDİA) bəyanatında deyilir

0 baxışday.az
CNN-in Azərbaycanla bağlı saxtakarlığı kobud informasiya manipulyasiyasıdır - MEDİA - FOTO
Paylaş:

2026-cı il iyunun 5-də CNN özünün uydurma “mənbələrinə” istinad edərək, guya İsrailin İranla müharibə zamanı Azərbaycan ərazisindən istifadə etdiyinə dair iddiaları özündə əks etdirən material yayıb Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Media İnkişafı Agentliyinin (MEDİA) bəyanatında deyilir “Biz dünya şöhrətli transmilli media şirkəti tərəfindən heç bir fakta əsaslanmadan açıq-aşkar yalan məlumatların yayılmasını məqsədyönlü şəkildə həyata keçirilən kobud informasiya manipulyasiyası kimi qiymətləndiririk CNN dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və peşəkar jurnalistikanın fundamental prinsiplərinə, o cümlədən xəbərlərin təqdimatında balansın qorunması prinsipinə məhəl qoymayıb. Bununla da telekanal nəinki öz reputasiyasına xələl gətirdi, həm də hibrid müharibənin təbliğat vasitəsi kimi çıxış etdi CNN tərəfindən yayılan dezinformasiya Azərbaycana və ümumilikdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır. Bu cür məlumatların dərci təkcə beynəlxalq ictimaiyyəti çaşdırmaq deyil, həm də regional sabitliyə və dövlətlərarası münasibətlərə xələl gətirmək, regionda gərginlik yaratmaq məqsədi daşıyır Ən yüksək rəsmi səviyyədə dəfələrlə bəyan edilib ki, Azərbaycan Respublikasının ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə edilməyib və bu cür uydurma və qərəzli bəyanatlar kobud informasiya manipulyasiyasıdır Biz CNN-dən yayılan məlumatı geri götürməsini və ictimaiyyəti çaşdıran, regional təhlükəsizliyə təhdid yaradan, media etikası və peşəkar jurnalistika prinsiplərinə zidd olan materiallar dərc etdiyinə görə Azərbaycandan üzr istəməsini tələb edirik”, - deyə bəyanatda bildirilir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Фейк CNN об Азербайджане является грубой информационной манипуляцией - MEDİA - ФОТО | Tenqri