"Feyenoord" Robin van Persini istefaya göndərdi
Hollandiyanın "Feyenoord" komandasından sürpriz gediş olub. Robin van Persinin komandası liqanı 2-ci yerdə başa vuraraq Çempionlar Liqasına vəsiqə alsa da, qovulduğu iddia edilirdi. Hollandiya Erediviziyasının köklü klublarından olan “Feyenoord”da baş məşqçi Robin van Persinin erası başa çatıb ESP

Hollandiyanın "Feyenoord" komandasından sürpriz gediş olub. Robin van Persinin komandası liqanı 2-ci yerdə başa vuraraq Çempionlar Liqasına vəsiqə alsa da, qovulduğu iddia edilirdi. Hollandiya Erediviziyasının köklü klublarından olan “Feyenoord”da baş məşqçi Robin van Persinin erası başa çatıb ESPN-in məlumatına görə, Feyenoord rəhbərliyi mövsümü ikinci yerdə başa vuran və növbəti mövsüm komandanı Çempionlar Liqasının qrup mərhələsinə çıxaran Robin van Persi ilə yollarını ayırmaq qərarına gəlib. 42 yaşlı çalışdırıcının performansının yetərincə tapılmadığı və rəhbərliyin yeni strukturlaşmaya getmək istədiyi bildirilib Feyenoord mövsümü çempion PSV-dən geri qalaraq 65 xalla Erediviziyada ikinci yerdə başa vurub. Bu nəticə ilə Van Persinin rəhbərlik etdiyi komanda növbəti mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak etmək hüququ qazanıb Uğurlu liqa performansına baxmayaraq, Robin van Persie mövsüm boyu tez-tez tənqidlərin mərkəzində olurdu. Xüsusilə oynanan futbola və komandanın bəzi kritik matçlardakı çıxışına görə hollandiyalı çalışdırıcıya qarşı tənqidlərin daha da sərtləşdiyi bildirilib "Feyenoord"un Avropa Liqasındakı çıxışı da ayrılma qərarına təsir edib. Hollandiya təmsilçisi "Go Ahead Eagles" və "FC Utrecht" kimi qrup mərhələsində turnirlə vidalaşaraq gözləntilərdən aşağı düşdü. Bu nəticələrdən sonra rəhbərliyin məşqçi dəyişikliyinə qərar verdiyi iddia edilib


