Fergus Auld: Britaniya şirkətlərinin Qarabağın bərpasında iştirakından qürur duyuram
Qarabağın tikinti və bərpa prosesində Britaniya şirkətlərinin iştirak etməsi qürur hissi yaradır "Report"un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bu gün azərbaycanlı jurnalistlərlə vida görüşündə deyib Onun sözlərinə görə, Bakıda işlədiyi dövrdə ən unudulmaz an

Qarabağın tikinti və bərpa prosesində Britaniya şirkətlərinin iştirak etməsi qürur hissi yaradır "Report"un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bu gün azərbaycanlı jurnalistlərlə vida görüşündə deyib Onun sözlərinə görə, Bakıda işlədiyi dövrdə ən unudulmaz anlardan biri Qarabağa və Şərqi Zəngəzura edilən səfərlər olub "Ötən il mən Britaniya Ticarət Palatasının nümayəndələri ilə birlikdə Şuşa və Laçına möhtəşəm bir səfər etdim. Bu regiona hər dəfə səfər edərkən mən yeni dəyişikliklər görürdüm və yeni ümid hiss edirdim. Britaniya şirkətlərinin bu tarixin bir hissəsi olması ilə fəxr edirəm", - səfir bildirib Auld həmçinin qeyd edib ki, minalardan təmizlənmədən Qarabağın inkişafı qeyri-mümkün olardı "Böyük Britaniya hökumətinin dəstəyi ilə Britaniya şirkətlərinin və qeyri-hökumət təşkilatlarının (Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında - red.) minalardan təmizləmə prosesində iştirakı ilə fəxr edirəm. 2022-ci ildən bəri biz bu sahədəki beynəlxalq səylərə rəhbərlik etmişik - bu, səfirliyimizin indiyə qədər həyata keçirdiyi ən mühüm işlərdən biri idi. Ağdam və Cəbrayılda mina aşkar etmək üçün təlim keçmiş itləri və hətta siçovulları görmək çox diqqətəlayiq idi. Biz, həmçinin qadın mina təmizləyənlərin milli minatəmizləmə qruplarına daxil edilməsini qürurla dəstəklədik", - o bildirib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

CHP-dən AKP-yə keçən Burcu Köksal: Afyonkarahisarın problemlərini daha tez yekunlaşdırmaq və investisiyaları reallaşdırmaq üçün yeni dövrə başladım | T24

İMM işində 37-ci gün | Seza Büyükçulha, İmamoğlunun uşaqlıq dostu: Tam bir il günahsız olduğum halda məni yatağa qoymağın günahını necə daşıyırsan? | T24
