Fənərbaxça üçün 50 milyon avroluq hücumçu
Prezident seçkiləri öncəsi “Fənərbaxça”nın transfer cəhdləri sürət qazanarkən, Əziz Yıldırımın tərəfində alovlu iddia gəldi. Sarı-göylülərin "Brentford"un ulduz hücumçusu İqor Tyaqo üçün hərəkətə keçdiyi iddia edilirdi İyunun 7-də keçiriləcək seçki öncəsi işini davam etdirən Əziz Yıldırımın yeni m

Prezident seçkiləri öncəsi “Fənərbaxça”nın transfer cəhdləri sürət qazanarkən, Əziz Yıldırımın tərəfində alovlu iddia gəldi. Sarı-göylülərin "Brentford"un ulduz hücumçusu İqor Tyaqo üçün hərəkətə keçdiyi iddia edilirdi İyunun 7-də keçiriləcək seçki öncəsi işini davam etdirən Əziz Yıldırımın yeni mövsümdə çempion olacaq güclü komanda qurmağı hədəflədiyi bildirilib. Təcrübəli prezidentliyə namizədin xüsusilə ön xəttə bütün dünyaya təsir edəcək bir ulduz transfer etmək istədiyi bildirilib "Fənərbağça"nın gündəmində olan soyadın "Brentford"da çıxış edən İqor Tyaqo olduğu iddia edilib. 24 yaşlı braziliyalı hücumçu üçün yaxın vaxtlarda rəsmi təmasların başlaya biləcəyi bildirilir İqor Tyaqo bu mövsüm göstərdiyi performansla Avropa klublarının radarına düşüb. Güclü bədən quruluşu və finişi ilə diqqət çəkən ulduz futbolçu Premyer Liqada ciddi dönüş yaradan adlardan biri oldu Braziliyalı mərkəz hücumçusu bu mövsüm 39 rəsmi matçda 25 qol vurub və 1 məhsuldar ötürmə edib. İqor Tiaqonun çıxışı “Fənərbaxça” azarkeşlərini də coşdurub Brentfordun ulduz futbolçu üçün yüksək transfer gözləntilərinin olduğu öyrənilib. Transferin ümumi dəyərinin 50 milyon avroya çata biləcəyi bildirilir Əziz Yıldırım daha əvvəl iki mərkəz hücumçusu transfer edəcəklərini demişdi. Sarı-göylülərin İqor Tyaqodan başqa digər ulduz hücumçularla əlaqə saxladığı bildirilir


