Fənərbaxçaya 3 futbolçudan 45 milyon avro
Yeni mövsümdə heyət planlama çalışmalarını sürətini azaltmadan davam etdirən Fənərbaxçada komandadan ayrılması ilə gündəmdə olan adlar və ediləcək gücləndirmələr dəqiqləşməyə başlayıb. Sarı-göylərin rəhbərliyi transfer bazarında adından söz etdirən 3 futbolçunun mümkün gedişindən xəzinəsinə böyük gə

Yeni mövsümdə heyət planlama çalışmalarını sürətini azaltmadan davam etdirən Fənərbaxçada komandadan ayrılması ilə gündəmdə olan adlar və ediləcək gücləndirmələr dəqiqləşməyə başlayıb. Sarı-göylərin rəhbərliyi transfer bazarında adından söz etdirən 3 futbolçunun mümkün gedişindən xəzinəsinə böyük gəlirlər qoymağı hədəfləyib Fənərbaxça rəhbərliyi Jayden Oosterwolde, Archie Brown və Fred üçün təklifləri dəyərləndirəcək. Klubun bu 3 futbolçunun satışından gözlədiyi ümumi transfer gəliri düz 45 milyon avrodur Karyerasını Avropanın nəhəng klublarından birində davam etdirmək istəyən hollandiyalı müdafiəçi transfer dövrünün favoritlərindəndir. Oostervoldenin İtaliyanın "Roma" və İspaniyanın "Vilyarreal" və "Selta Viqo" klubları ilə ciddi maraqlandığı bildirilir. Rəhbərlik uğurlu futbolçunun qapısını 25 milyon avrodan açacaq Ötən mövsümün əvvəlində komandaya qoşulan Arçi Braunun Premyer Liqadan talibi var. İngiltərənin "Nottingem Forest" komandasının radarında olan futbolçu üçün "Fənərbaxça"nın təyin etdiyi transfer qiyməti 15 milyon avrodur Komandanın təcrübəli yarımmüdafiəçisi Fredə ölkəsi Braziliyadan təkliflərin olduğu bildirilirdi. Sarı-göylülər təcrübəli futbolçunun gedişinə 5 milyon avro qarşılığında razılıq verməyi planlaşdırır


