"Fənərbağça"dan Aykut Kocaman üçün açıqlama
Fənərbaxça İdman Klubu rəsmi açıqlama verərək, son günlər mətbuatda geniş yer alan məşqçi Aykut Kocamanla razılıq əldə olunduğu iddialarını qəti şəkildə təkzib edib Sarı-göylü klubdan verilən açıqlamada yeni mövsüm quruluşlanması çərçivəsində ortaya atılan transfer və məşqçi xəbərlərinin həqiqəti

Fənərbaxça İdman Klubu rəsmi açıqlama verərək, son günlər mətbuatda geniş yer alan məşqçi Aykut Kocamanla razılıq əldə olunduğu iddialarını qəti şəkildə təkzib edib Sarı-göylü klubdan verilən açıqlamada yeni mövsüm quruluşlanması çərçivəsində ortaya atılan transfer və məşqçi xəbərlərinin həqiqəti əks etdirmədiyi bildirilib. İctimaiyyəti məlumatlandırmaq üçün verilən açıqlamada hələlik idarə heyətinin hər hansı bir adla rəsmi əlaqə qurmadığı vurğulanıb Fənərbaxçanın açıqlamasını təqdim edirik: "Fənərbaxça İdman Klubunun məşqçi və/yaxud texniki heyət üzvləri ilə razılığa gəldiyinə dair bir çox xəbər və iddialar var. Bu xəbərlər həqiqəti əks etdirmir; İdarə Heyətimiz hələ heç bir məşqçi və/və ya texniki heyət üzvü ilə razılaşmayıb."


