"Fənərbaxça" Vedat Muriqini İstanbula gətirir
Əziz Yıldırım "Fənərbağça"nın prezidenti olduqdan sonra transfer işləri bütün sürətiylə davam edir Sarı-göylülər uzun müddətdir gündəmdə olan sabiq hücumçusu Vedat Muriqinin transferi ilə xoşbəxt sona çatıb. Seçkidən əvvəl prinsipial razılıq əldə edilən kosovolu hücumçu rəsmi imza atmaq üçün İstan

Əziz Yıldırım "Fənərbağça"nın prezidenti olduqdan sonra transfer işləri bütün sürətiylə davam edir Sarı-göylülər uzun müddətdir gündəmdə olan sabiq hücumçusu Vedat Muriqinin transferi ilə xoşbəxt sona çatıb. Seçkidən əvvəl prinsipial razılıq əldə edilən kosovolu hücumçu rəsmi imza atmaq üçün İstanbula gəlir Ultima Hora xəbərinə görə; Vedat Muriqi yaxın saatlarda İstanbula ayaq basacaq. Təcrübəli hücumçunun səhhətini ətraflı yoxladıqdan sonra 3 il müddətinə sarı-tünd göy rənglərlə bağlı rəsmi müqavilə imzalaması gözlənilir Xəbərdə Super Liqa nəhəngi "Fənərbaxça"nın bu transfer üçün İspaniyanın "Malyorka" komandasına cəmi 15 milyon 500 min avro ödəyəcəyi bildirilib Mövsüm ərzində “Fənərbağça”da çıxış edən Vedat Muriqi çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilib. Sarı-göylü forma ilə çıxdığı 36 rəsmi matçda 17 qol və 7 məhsuldar ötürmə edən 32 yaşlı mərkəz forvardı uzun illərdən sonra Kadıköyə qayıtmağa hazırlaşır

