Tenqri
Ana Səhifə
İdman

“Fənərbaxça” və “Qalatasaray” dünya çempionatından sərvət qazanacaq

FİFA-nın 2026 Dünya Çempionatı üçün həyata keçirəcəyi Klub Üstünlükləri Proqramı Qalatasaray və Fənərbaxçanın xəzinəsini dolduracaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirdə milli komandalara çoxlu oyunçu göndərən klublar FİFA-dan milyonlarla dollar ödəniş alacaq FİFA 2022-ci il dün

0 baxışhaberler.com
“Fənərbaxça” və “Qalatasaray” dünya çempionatından sərvət qazanacaq
Paylaş:

FİFA-nın 2026 Dünya Çempionatı üçün həyata keçirəcəyi Klub Üstünlükləri Proqramı Qalatasaray və Fənərbaxçanın xəzinəsini dolduracaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirdə milli komandalara çoxlu oyunçu göndərən klublar FİFA-dan milyonlarla dollar ödəniş alacaq FİFA 2022-ci il dünya çempionatında klublara ümumilikdə 209 milyon dollar ayırıb. 2026-cı il təşkilatında bu rəqəm 355 milyon dollara yüksəldilib. Turnir öncəsi düşərgə dövrünü də əhatə edən proqram çərçivəsində klublar Dünya Kubokunda hər futbolçu üçün gündə təxminən 11 min dollar qazanacaq Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, mundial heyətində 11 futbolçusu olan "Qalatasaray"ın gündə təxminən 121 min dollar alacağı gözlənilir. Sarı-qırmızılı klubun futbolçularının turnirdə irəlilədiyi hər mərhələdə gəlirinin artacağı bildirilir Digər tərəfdən, icarə əsasında çıxış edən Noa Lanqın müqaviləsi iyunun 30-da başa çatacağından hollandiyalı futbolçunun bu tarixdən sonra FİFA ödəmələri Napoliyə keçəcək “Fənərbağça”nın dünya çempionatı gəlirlərinin daha yüksək səviyyələrə çata biləcəyi bildirilir. İyunun 30-dan sonra turnirdə mübarizə aparan sarı-göylü komandanın oyunçularının sayı 12-yə yüksəlsə, klubun gündəlik qazancı təxminən 132 min dollara yüksələcək Xəbərdə icarə əsasında çıxış edən İrfan Can Kahveci, Sofyan Amrabat və Dominik Livakoviçin mundialda yollarına davam edəcəyi təqdirdə bu futbolçular üçün ediləcək FİFA ödənişlərinin iyulun 1-dən etibarən Fənərbaxçaya keçəcəyi qeyd edilib Digər tərəfdən, meksikalı futbolçu Edson Alvaresin siyahıdan çıxarılmasının klubun ümumi gəlirində ciddi azalmaya səbəb olmayacağı bildirilib Dünya çempionatında keçirilən hər gün klubların gəlirlərini artıracaq. Bu səbəbdən “Qalatasaray” və “Fənərbaxça” təşkilatdakı oyunçularının performansını təkcə idman baxımından deyil, həm də iqtisadi baxımdan yaxından izləyəcək

Kaynak: haberler.com

Diğer Haberler