Fenerbahçe Beko və ASVEL-in Avropa Liqası lisenziyaları rəsmən uzadılıb
Qurumun açıqlamasında bildirilir ki, idarə heyəti “Fənərbaxça Beko” və Fransanın ASVEL komandasının lisenziyalarının uzadılması qərarını təsdiqləyib Lisenziyanın uzadılması ilə bağlı İspaniya təmsilçisi “Real Madrid”lə danışıqların davam etdiyi də qeyd olunub Bildirilib ki, mart ayında təsdiqlən

Qurumun açıqlamasında bildirilir ki, idarə heyəti “Fənərbaxça Beko” və Fransanın ASVEL komandasının lisenziyalarının uzadılması qərarını təsdiqləyib Lisenziyanın uzadılması ilə bağlı İspaniya təmsilçisi “Real Madrid”lə danışıqların davam etdiyi də qeyd olunub Bildirilib ki, mart ayında təsdiqlənən və iyulun 1-də rəsmən başlaması planlaşdırılan yeni bazarlar üçün genişlənmə prosesi ilə bağlı klublar da məlumatlandırılıb. Sözügedən prosesin mövsümün əvvəlindən planlaşdırılan Avropa Liqasının genişlənməsinə dəstək verəcəyi, daha çox komanda və şəhərin liqaya daxil olmasına şərait yaradacağı vurğulanıb Avropa Liqası layihəsinin yeni bazarları arasında Roma, London və Berlin kimi şəhərlərin seçildiyi xatırladılıb Digər tərəfdən, BKT avrokubokunda komandaların sayının 32-yə çatdırılması qərarının təsdiqləndiyi bildirilirdi. Kubokda 4 qrupda 8 komandanın mübarizə aparacağı bildirilib Həmçinin bildirilib ki, bu il və ya gələn il 4 komandanın iştirakı ilə iki günlük mövsümöncəsi turnirin təşkili nəzərdə tutulub


