Fənərbaxçadan prezidentliyə namizəd Məhəmməd Salah bomba
Fənərbaxçada prezidentlik yarışı aktivləşərkən namizədliyini açıqlayan Hakan Safi ilə bağlı diqqətçəkən transfer iddiası ortaya atılıb. Safinin dünyaca məşhur ulduz Məhəmməd Salahla anlaşdığı iddia edilib “Sabah”ın xəbərinə görə, Hakan Safinin seçki öncəsi ən böyük kozırının Muhammed Salah olduğu i

Fənərbaxçada prezidentlik yarışı aktivləşərkən namizədliyini açıqlayan Hakan Safi ilə bağlı diqqətçəkən transfer iddiası ortaya atılıb. Safinin dünyaca məşhur ulduz Məhəmməd Salahla anlaşdığı iddia edilib “Sabah”ın xəbərinə görə, Hakan Safinin seçki öncəsi ən böyük kozırının Muhammed Salah olduğu iddia edilib. "Liverpul" forması ilə illərdir Avropa futbolunda iz qoyan misirli ulduzun mövsümün sonunda İngiltərə komandasını tərk edəcəyi ilə bağlı açıqlamaları bu iddiaları gücləndirib Liverpulda keçirdiyi 9 ildə böyük uğurlara imza atan Muhammed Salah; O, Premyer Liqa, UEFA Çempionlar Liqası və FIFA Klublararası Dünya Çempionatının qalibi olub. Təcrübəli futbolçu həm də 4 dəfə bombardir olub 33 yaşlı ulduz futbolçu bu mövsüm "Liverpul"un heyətində 39 matçda meydana çıxıb. Salah bu matçlarda 12 qol vurub, 8 məhsuldar ötürmə edib


