Federal Ehtiyat baza dərəcəsini saxladı
ABŞ Federal Ehtiyat Sistemi (FRS) baza dərəcəsini ötən ay olduğu kimi 3,5-3,75% səviyyəsində saxlayıb. Bu barədə FED-in bugünkü iclasının yekunlarına dair məlumatda deyilir “Məqsədlərinə dəstək olaraq, FOMC (Federal Açıq Bazar Komitəsi - red.) federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu

ABŞ Federal Ehtiyat Sistemi (FRS) baza dərəcəsini ötən ay olduğu kimi 3,5-3,75% səviyyəsində saxlayıb. Bu barədə FED-in bugünkü iclasının yekunlarına dair məlumatda deyilir “Məqsədlərinə dəstək olaraq, FOMC (Federal Açıq Bazar Komitəsi - red.) federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 3,5-3,75% səviyyəsində saxlamağa qərar verdi”, tənzimləyici qeyd edir Bəyanatda həmçinin inflyasiyanın yüksək olaraq qaldığı, bunun qismən qlobal enerji qiymətlərindəki son artımları əks etdirdiyi vurğulanıb. FED-in bəyanatında deyilir: “Yaxın Şərqdəki inkişaflar iqtisadi perspektivlə bağlı yüksək səviyyədə qeyri-müəyyənliyə səbəb olur”


