Tenqri
Ana Səhifə
Siyasət

Fazil Mustafa: Müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları itirdik

© APA | Fazil Mustafa, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları formal səbəblərə görə itirdik. APA xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün təşkil etdiyi “Kitabxana sisteminin mö

0 baxışapa.az
Fazil Mustafa: Müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları itirdik
Paylaş:

© APA | Fazil Mustafa, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları formal səbəblərə görə itirdik. APA xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün təşkil etdiyi “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. Fazil Mustafa bildirib ki, kitabxananın fəaliyyətinə yalnız ixtisas diplomu prizmasından baxmaq doğru deyil: “Kitabı bilən, kitab haqqında təsəvvürü olan və ən əsası kitaba sevgisi olan insanların düzgün seçilməsi və bu sahədə qorunub saxlanılması vacibdir. Təəssüf ki, bir çox hallarda müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik, zəngin kitab yaddaşı olan kitabxanaçıları yaş və digər formal səbəblərə görə itirdik. Halbuki belə kadrları qorumaq lazımdır. Elə sahələr var ki, məsələn, 70 yaşında müəllimi belə qorumağa məcbursan. Çünki həmin müəllimi itirmək məktəbin potensialını və keyfiyyətini itirmək deməkdir. Əvvəlcə müəyyən edilməlidir ki, kitabxanada işlək kompüterlər yetərincədirmi, oxucular üçün şərait varmı, bina normal vəziyyətdədir, yoxsa yox? Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun vəziyyətdə deyil. Mən bunu tam əminliklə deyə bilirəm. Çünki Ələt qəsəbəsindən Pirallahıya qədər olan kitabxanaların demək olar ki, hamısında olmuşam. Cəmi bir neçə istisna var. Bir çox kitabxanalarda döşəmələrin sıradan çıxması, istilik sisteminin olmaması və digər problemlər 30-40, hətta 50 ildən bəri həllini tapmayan məsələlərdir. Bunlar bugünün problemləri deyil. Bu gün də elə kitabxanaçılar var ki, qışın soyuğunda, istilik sistemi olmayan binada palto ilə oturaraq səhər saat 9-dan axşam 6-ya qədər iş başında qalırlar. Bəs onların aldığı əməkhaqqı nə qədərdir? Təxminən 420-550 manat arasında. Üstəlik, bir çoxu işə gəlmək üçün iki-üç marşrut dəyişməli olur. Nəqliyyat xərclərini və digər gündəlik məsrəfləri çıxanda həmin əməkhaqqının real dəyəri 300-350 manatdan artıq olmur. Belə şəraitdə çalışan insanlardan yüksək nəticə gözləməzdən əvvəl onların işlədiyi mühit və sosial vəziyyəti barədə düşünməliyik. Dövlət kitabxananı qorumaq missiyasını öz üzərinə götürməlidir. Kitaba və kitabxanaya tələbatın olub-olmamasından asılı olmayaraq, onların mövcudluğu, nüfuzu və yaşaması ölkənin mədəni siması üçün son dərəcə vacibdir” Trampın şübhələrindən sonra partiyası Netanyahunun seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib - FOTO Bu ilin ilk beş ayı üzrə Azərbaycan iqtisadiyyatının həcmi açıqlanıb Azərbaycanda pərakədə ticarət dövriyyəsi 4%-ə yaxın artıb Kitabxanalarda informasiya texnologiyaları ixtisasları üzrə çalışanlar attestasiyadan keçiriləcək Ukrayna “Flamingo” raketləri ilə Çuvaşiyada hərbi zavoda zərbə endirdiyini təsdiqləyib - YENİLƏNİB Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olunub Pakistan Əfqanıstanla sərhəddə 26 terrorçunu zərərsizləşdirib Fazil Mustafa: Müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları itirdik Azərbaycan Biznesinin İnkişafı Fondunun hüquqi statusu müəyyənləşib Dövlət başçısı Portuqaliya Prezidentini təbrik edib Hakan Fidan Lavrovla danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək Taliban: Pakistan Əfqanıstanı bombalayıb, azı 13 nəfər ölüb AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub Mərkəzi Bank: Anti-frod üzrə vahid nəzarət mexanizmləri bu ilin sonunadək bazara təqdim ediləcək Yanvar-may aylarında 19,4 min şəxsə əlillik təyin olunub SEPAH ABŞ-ın İordaniyadakı bazasında 4 mühüm hədəfə raket zərbəsi endirdiyini bildirib Tələbat nəzərə alınaraq Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq Ali Məhkəmə saxta sənədlərlə daşınmaz əmlak əldə edilməsi halları barədə qərar verib "Fars": İranın ABŞ bazalarına zərbələri zamanı hədəflərin 70%-i uğurla vurulub Əraqçi Hakan Fidanla regional gərginliyi müzakirə edib Yasamalda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırlıb - VİDEO Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahısı təsdiqlənib ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb Norveç Ukrayna üçün dəniz dronlarına 120 milyon dollardan çox vəsait ayıracaq Litva ordu üçün 1 milyard avroluq hərbi texnika alacaq ABŞ və Avropa bazarları Yaxın Şərqdəki gərginlik fonunda geriləyib Bundestaq iqtisadi böhran səbəbindən deputat maaşlarının artırılmasından imtina edə bilər FHN: İyunun 7-də Araz çayında batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB Bolqarıstan Ukraynaya silah tədarükünü dayandıracaq Britaniyada xarici dövlətlərlə əlaqəli təşkilatlara qarşı yeni qanun layihəsi təqdim olunub Avropa Komissiyası Patriarx Kirillin sanksiya siyahısına salınmasını təklif edib Ukrayna və Latviya pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq sazişi imzalayıb Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir

Kaynak: apa.az

Diğer Haberler