Mygov ID ilə ABB Home platformasına daha sürətli giriş!
ABB Bank özünün rəqəmsal ipoteka platforması olan ABB Home istifadəçiləri üçün daha bir yeniliyi təqdim edib. Müştərilər indi Mygov ID-dən istifadə edərək şəxsi hesablarına daxil ola və xidmətlərə daha rahat və təhlükəsiz şəkildə daxil ola bilərlər Yeni inteqrasiya sayəsində istifadəçilər əlavə qey

ABB Bank özünün rəqəmsal ipoteka platforması olan ABB Home istifadəçiləri üçün daha bir yeniliyi təqdim edib. Müştərilər indi Mygov ID-dən istifadə edərək şəxsi hesablarına daxil ola və xidmətlərə daha rahat və təhlükəsiz şəkildə daxil ola bilərlər Yeni inteqrasiya sayəsində istifadəçilər əlavə qeydiyyat olmadan öz Mygov ID-si ilə ABB Home platformasına daxil ola və ipoteka proseslərini daha çevik idarə edə bilərlər. Bu yenilik rəqəmsal xidmətlərin əlçatanlığını artırır və müştəri təcrübəsini əhəmiyyətli dərəcədə asanlaşdırır Banka gəlmədən ipoteka sənədləri Qeyd edək ki, “Mənzil, fərdi ev və bağ evləri üçün ipoteka krediti” məhsulu ilə yanaşı, ABB Home müştərilərə banka gəlmədən “Girovlu kredit” və “Təmir krediti” məhsulları üzrə mümkün kredit məbləğini yoxlamaq, tələb olunan sənədləri şəxsi kabinetində toplamaq və kreditin təsdiqi ilə bağlı qərar mərhələsinə qədər bütün prosedurları tamamlamaq imkanı verir Platformadakı “Əmlakınızı qiymətləndirin” aləti də təkmilləşdirilərək istifadəçilərə son 12 ay ərzində mənzillərin qiymətinin dəyişməsinin dinamikasını izləmək imkanı yaradıb. Bundan əlavə, artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən fərdi yaşayış evləri və torpaq sahələrini qiymətləndirmək mümkündür. İstifadəçilər göstərilən qiymətlərlə bağlı rəy və təkliflərini birbaşa platforma vasitəsilə də paylaşa bilərlər Bundan əlavə, platformada yeni kredit kalkulyatoru istifadəçilərin ixtiyarına verilib. Bu universal alətlə müştərilər kreditin məbləği, müddəti, faiz dərəcəsi və aylıq ödənişlərlə bağlı müxtəlif hesablamalar apararaq maliyyə planlamasını daha rahat edə bilərlər Kalkulyator aylıq ödənişləri hesablamağa, mümkün faiz dərəcəsini təyin etməyə və ödəniş məbləğindəki dəyişikliklərin kredit müddətinə və ödəniş cədvəlinə necə təsir edə biləcəyini əvvəlcədən qiymətləndirməyə imkan verir ABB Bankın müasir, faydalı və universal məhsul və xidmətləri haqqında məlumatı Bankın filial və ofislərində, https://abb-bank.az/ rəsmi internet saytından, 937 nömrəli Məlumat Mərkəzindən və Bankın rəsmi korporativ sosial media səhifələrindən əldə etmək olar


