Tenqri
Ana Səhifə
Dünya

Fərhad Məmmədov: Cənubi Qafqaz üçün yeni imkanlar açılır

Azərbaycan və Ermənistan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Sülh körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov “İrəvan dialoqu - 2026” beynəlxalq konfransında

0 baxışcaliber.az
Fərhad Məmmədov: Cənubi Qafqaz üçün yeni imkanlar açılır
Paylaş:

Azərbaycan və Ermənistan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Sülh körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov “İrəvan dialoqu - 2026” beynəlxalq konfransında deyib O qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda iki ölkə arasında sülh gündəmi və sülhə doğru addımlar ardıcıllığı razılaşdırılıb "Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına və kommunikasiyaların açılmasına şərait yaradır. Beləliklə, Cənubi Qafqaz üçün yeni imkanlar açılır, region ölkələrinin özləri də dəyişikliyin əsas hərəkətverici qüvvəsi kimi çıxış edirlər" Məmmədovun sözlərinə görə, Cənubi Qafqaz bir çox beynəlxalq və regional layihələrdə iştirak edir və Yaxın Şərqin, xüsusən də “Bir kəmər, bir yol” təşəbbüsünün quru marşrutunun bir hissəsi hesab olunur Ekspert əlavə edib ki, Azərbaycan və Ermənistan bu prosesə üçüncü tərəflərin müdaxiləsi olmadan ikitərəfli formatda danışıqlar aparır. Onun fikrincə, bu, mürəkkəb məsələləri həll etməyə imkan verən və digər aktorların kənardan manipulyasiyası üçün az yer qoyan tərəqqidir

Kaynak: caliber.az

Diğer Haberler