Tenqri
Ana Səhifə
Dünya

FAO təmsilçisi: Gənclərin aqrar sahəyə cəlb edilməsi vacib məsələdir

Müasir dünyada yaranan problemləri heç bir dövlət və ya beynəlxalq təşkilat təkbaşına aradan qaldırmaq imkanına malik deyil. İqlim dəyişmələri kimi problemlər qlobal xarakter daşıyır və ayrı-ayrılıqda ölkələrin aqrar sahəsinə zərər vurur AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsə

0 baxışazertag.az
FAO təmsilçisi: Gənclərin aqrar sahəyə cəlb edilməsi vacib məsələdir
Paylaş:

Müasir dünyada yaranan problemləri heç bir dövlət və ya beynəlxalq təşkilat təkbaşına aradan qaldırmaq imkanına malik deyil. İqlim dəyişmələri kimi problemlər qlobal xarakter daşıyır və ayrı-ayrılıqda ölkələrin aqrar sahəsinə zərər vurur AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhammad Nasar Bakı Dövlət Universitetində “Risklərə qarşı aqrar sığorta çətiri” mövzusunda keçirilən forumdakı çıxışı zamanı deyib O bildirib ki, hazırda dünya əhalisinin təqribən 40 faizi kənd ərazilərində məskunlaşıb, lakin 2050-ci ilədək bu rəqəmin 30 faizə düşəcəyi gözlənilir “Gənclərin şəhərlərə köçməsi aqrar sahəni zəiflədir. Lakin onu da qeyd etmək lazımdır ki, bugünkü gənclər babaları kimi kənd təsərrüfatında çalışmağa, bu sahədə biznes qurmağa çalışırlar. Bu baxımdan onları təşviq etmək, kömək etmək lazımdır ki, aqrar sahə də inkişaf etsin. Bu gün yeni texnologiyalar və süni intellektin yardımı ilə aqrar sahəni daha da inkişaf etdirib, məhsul bolluğu yaratmaq mümkündür. Bu gün aqrar sahə güzəranı yaxşılaşdırmaq üçün iş yeri deyil, böyük biznesdir. Buraya banklar, sığorta şirkətləri, maliyyə institutları cəlb olunub və müasir idarəetmə tələb edir. Buna görə də gənclərin aqrar sahəyə cəlb edilməsi vacib məsələdir”, - deyə natiq sözlərinə əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler