Tenqri
Ana Səhifə
Dünya

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

Kənd təsərrüfatı hazırda iqlim dəyişiklikləri, geosiyasi qeyri-sabitlik və kənd təsərrüfatı təchizat zəncirlərini, istehsal sistemlərini, qlobal logistikanı pozmağa davam edən hərbi münaqişələr də daxil olmaqla çoxsaylı qlobal çağırışlarla üz-üzədir. Vaxtında və koordinasiyalı tədbirlər görülməzsə

0 baxışazertag.az
FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır
Paylaş:

Kənd təsərrüfatı hazırda iqlim dəyişiklikləri, geosiyasi qeyri-sabitlik və kənd təsərrüfatı təchizat zəncirlərini, istehsal sistemlərini, qlobal logistikanı pozmağa davam edən hərbi münaqişələr də daxil olmaqla çoxsaylı qlobal çağırışlarla üz-üzədir. Vaxtında və koordinasiyalı tədbirlər görülməzsə, bu problemlər yalnız milli və regional səviyyədə deyil, bütövlükdə qlobal aqroərzaq sistemində ərzaq təhlükəsizliyi risklərinə səbəb ola bilər. Təsirlər dərhal görünməyə bilər, lakin fermerlərin əkin sahələrini azaltması, daha az gübrə istifadə etməsi, investisiyaları təxirə salması, yaxud artan xərclər və məhdud resurslar səbəbindən istehsalı davam etdirə bilməməsi nəticəsində uzunmüddətli perspektivdə özünü göstərə bilər Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Romada yerləşən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisi Toğrul Quliyev deyib O xatırladıb ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan Birləşmiş Millətlər Təşkilatının cu illər üzrə Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsini imzalayıb və bu sənəddə kənd təsərrüfatı xüsusi yer tutur. FAO Azərbaycanda aqroərzaq sistemlərinin transformasiyası üzrə aparıcı texniki BMT tərəfdaşı kimi çıxış edir. Bu il mayın 25-də Azərbaycanda kənd təsərrüfatının inkişafına həsr olunmuş yüksəksəviyyəli görüşün keçirilməsi və bunun davamı olaraq “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026 - 2030-cu illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi kənd təsərrüfatı və aqroərzaq sistemlərinin Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində strateji əhəmiyyətini, həmçinin dayanıqlı inkişaf məqsədləri ilə güclü uyğunluğunu açıq şəkildə nümayiş etdirir “Təqdim olunan proqram kifayət qədər əhatəli xarakter daşıyır və burada xüsusi diqqət ənənəvi kənd təsərrüfatı yanaşmalarından müasir, texnologiyaya əsaslanan, məlumat yönümlü, dayanıqlı və iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı modelinə keçidə verilməlidir. Gündəlikdə rəqəmsallaşma, məlumatların idarə olunması, texnoloji inkişaf, süni intellekt, GIS texnologiyaları və kənd təsərrüfatı məlumat sistemlərinin tətbiqi xüsusi yer tutur. Məqsəd dəqiq əkinçiliyin inkişafı, məhsuldarlığın artırılması və resursların daha səmərəli idarə olunmasının təmin edilməsidir Eyni zamanda, proqram ərzaq təhlükəsizliyi, su resurslarının səmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi və təbii resurslardan dayanıqlı istifadə məsələlərinə ciddi diqqət ayırır. İqlim dəyişikliklərinin və su qıtlığının kənd təsərrüfatına təsirinin qlobal miqyasda getdikcə artdığını nəzərə alsaq, Azərbaycanın iqlimə uyğun ağıllı kənd təsərrüfatına, rəqəmsal suvarma sistemlərinə və ekosistemlərin qorunmasına yönəlməsi sektorun uzunmüddətli dayanıqlığını gücləndirməyə hesablanmış uzaqgörən yanaşmanı əks etdirir Bundan əlavə, balıqçılıq və akvakultura sahələrinə də xüsusi əhəmiyyət verilir. Bu sahələr isə getdikcə daha çox ərzaq təhlükəsizliyinə, regionlarda məşğulluğun artırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən strateji istiqamətlər kimi qiymətləndirilir. Akvakultura inkişafının milli kənd təsərrüfatı gündəliyinə və beynəlxalq əməkdaşlıq çərçivələrinə inteqrasiyası Azərbaycanın aqroərzaq istehsalını diversifikasiya etmək və dayanıqlı ərzaq sistemlərini genişləndirmək niyyətini nümayiş etdirir”, - deyə T.Quliyev diqqətə çatdırıb Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) aqrar idarəetmənin əsas alətlərindən biri kimi çıxış edərək 600 mindən çox fermer haqqında məlumat bazasını formalaşdırıb və subsidiyaların tam rəqəmsallaşdırılması vasitəsilə şəffaflığın, səmərəliliyin artırılmasına imkan yaradıb. “Azərbaycanın kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi üzrə tədqiqat”ın nəticələrinə əsasən, dəqiq kənd təsərrüfatı texnologiyalarının tətbiqi məhsuldarlığı təxminən 25 faiz artırır, su və gübrə istifadəsini isə əhəmiyyətli dərəcədə azaldır “Uzun illərdir ki, əhalinin kənd yerlərindən şəhərlərə miqrasiyası müşahidə olunur. Lakin texnologiyanın, süni intellektin, dəqiq əkinçiliyin və rəqəmsal kənd təsərrüfatının sürətli inkişafı ilə bu tendensiya tədricən dəyişə bilər. İnnovasiyaların kənd təsərrüfatına inteqrasiyası gənc nəslin bu sektora daha müasir, perspektivli və peşəkar baxımdan cəlbedici sahə kimi yanaşmasına səbəb ola bilər Rəqəmsallaşma əhalinin rəqəmsal savadlılığının artırılmasını tələb edir və bu istiqamət milli proqramda prioritet kimi müəyyən edilib. Dövlət dəstəkli onlayn təhsil təşəbbüsləri fərdlər üçün geniş imkanlar yaradır. Belə ki, C4IR və Təhsilin İnkişafı Fondu tərəfindən “Coursera” ilə birgə həyata keçirilən proqramlar 2025-ci ilin sonuna qədər 37 mindən çox vətəndaşı əhatə edərək rəqəmsal bacarıqların inkişafında mühüm rol oynayıb Bununla belə, bu transformasiya təhsil imkanları və sektorda uzunmüddətli karyera perspektivləri ilə sıx bağlı olaraq qalacaq. Bu istiqamətdə artıq ikili diplom proqramları və beynəlxalq akademik əməkdaşlıq çərçivəsində, xüsusilə İtaliyanın Bolonya Universiteti və Turin Politexnik Universiteti ilə birgə mühüm işlər görülür. Bu təşəbbüslər müasir, iqlimədavamlı və innovasiyaya əsaslanan aqroərzaq sektorunu inkişaf etdirə biləcək yeni nəsil texnoloji bacarıqlara malik kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasına xidmət edir. Nəticə etibarilə, bu transformasiyanın uğuru yalnız texnoloji investisiyalardan deyil, eyni zamanda, innovasiyaların bütün səviyyələrdə fermerlərə çatdırılmasından asılı olacaq. Məqsəd gələcək üçün inklüziv, dayanıqlı və davamlı aqroərzaq sisteminin formalaşdırılmasıdır”, - deyə mütəxəssis əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler